RİNZASİP daxilə qəbul etmək üçün həll olunan (portağal, limon, qara qarağat) toz.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Hər 5q tozun tərkibində:
Təsiredici maddələr: Parasetamol 750 mq; Kofein (susuz) 30 mq; Feniramin maleat 20 mq; Fenilefrin hidroxlorid 10 mq.
Köməkçi maddələr: susuz limon turşusu, natrium saxarin, natrium-sitrat, saxaroza;
Rəngləyici: Sarı sanset FCF, portağallı toz üçün - portağal dadvericisi;
Rəngləyici: Sarı xinolin, limonlu toz üçün - limon dadvericisi;
Rəngləyici: karmazin, qara qarağatlı toz üçün - qara qarağat dadvericisi.

 

Farmakoterapevtik qrupu: KRVİ simptomlarını aradan qaldırmaq üçün dərman vasitəsi.

ATC kodu: N02BE71.

 

Farmakoloji xüsusiyyətləri:

Kombinə olunmuş preparatdır.
Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir.
Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır.
Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır.
Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır, əqli və fiziki iş qabiliyyətini artırır.

 

İstifadəsinə göstərişlər:
Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin simptomatik müalicəsi.

 

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
  • 15 yaşa qədər uşaqlar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
MAO-nun inhibitorları və β-blokatorları ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər preparatlarla istifadəsi məsləhət deyil. Rinzasip qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorlar və digər psixotrop maddələrin qəbulu əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara qəbulu məsləhət deyil.

 

İstifadə qaydası və dozası:
1 paketin tərkibindəki toz stəkanda qaynar suda həll edilir və içilir. Preparat qida qəbulundan 1-2 saat sonra qəbul edilir.
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar 1 paketdən gündə 3-4 dəfə 4-6 saat intervalla qəbul edirlər. Maksimal gündəlik doza 4 paketdir. Müalicə kursu 5 gündür.

 

Doza həddinin aşılması:
Ən çox parasetamolla əlaqəli olub, sonuncunun 10-15 q-dan artıq dozada qəbulu nəticəsində baş verir. Dəridə solğunluq, anoreksiya, ürəkbulanma, qusma, hepatonekroz, qaraciyər transaminazalarının aktivliyinin artması, protrombin müddətinin uzanması ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır.
Mualicəsi: mədə yuyulduqdan və aktiv kömür qəbul edildikdən sonra simptomatik müalicə aparılır.

 

Əlavə təsirləri:
Allergik reaksiyalar (dəri səpgiləri, qaşınma, məxmərək, angionevrotik ödem), başgicəllənmə, yuxunun pozulması, oyanıqlığın artması, midriaz, arterial təzyiqin artması, taxikardiya, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, ağızda quruluq, gözdaxili təzyiqin artması, anemiya, bronxoobstruksiya və s.

 

Buraxılış forması: Bir paketdə 5q toz olmaqla 5 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 25ºC-dək temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

Qeydiyyat şəhadətnaməsinin sahibi: «Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz» («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) Vorli, Mumbay - 400 030, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com

 

RİNZASİP daxilə qəbul etmək üçün həll olunan (portağal, limon, qara qarağat) toz.