KETO-GEL - KETOPROFEN (gel)

Вeynəlxalq patentləşdirilməmiş adı: Ketoprofen

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: 100 q gelin tərkibində 2,5 q Ketoprofen vardır.
Köməkçi maddələr: karbomer, trolamin, etanol 96%, metil parahidroksibenzoat, təmizlənmiş su.

 

Təsviri:
Rəngsiz, şəffaf və ya sarımtıl çalarlı gel.

 

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat.

АТС kodu: MO2AA10.

 

Farmakoloji xüsusiyyətləri:
Yerli iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Preparatın təsirinin əsas mexanizmi prostaqlandin sintezini tənzimləyən siklooksigenaza 1 va 2-nin aktivliyini azaltmaqdan ibarətdir. Oynaq sindromunda preparatın istifadəsi ağrını azaltmağa imkan verir.

 

İstifadəsinə göstərişlər:
• Dayaq-hərəkət aparatının travmalarında (oynaq sindromu, revmatizm və podaqranın ağırlaşması, revmatoid artrit, psoriatik artrit, osteoartroz, osteoxondroz, radikulit, oynanqların iltihabi zədələnməsi, bursit, işias, lümbaqo).
• Revmatik və ya qeyri-revmatik ağrılar.
• Dayaq-hərəkət aparatının və yumşaq toxumanın posttravmatik iltihabı.

 

Əks göstərişlər:
Hiperhəssaslıq, sulanan dermatozlar, ekzema, infeksiyalaşmış yaralar, hamiləlik, laktasiya dövrü, 12 yaşadək uşaqlar.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Təsvir edilməyib.

 

İstifadə qaydası və dozası:
Gel xaricə istifadə olunur. 4-6 sm-lik gel zədələnmiş sahəyə tam hopduralana qədər diqqətlə yüngülcə sürtülür. Həkim məsləhəti olmadan geli 10 gün müddətində istifadə etmak olar.

 

Buraxılış forması: Xaricə istifadə üçün 2,5%-li gel. İçəri divarı lakla örtülmüş folqadan hazırlanan 50 q-lıq tublarda olan gel içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 15-25°C-dək temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: "Vetprom" AD. Bolqarıstan, 2400 Radomir şəh.