HİMKOLİN - HIMCOLIN (gel)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Gelin hər qr-nın tərkibində olan aktiv komponentlər:
Yağlar: Jiotişmati (Celastrus paniculatus) 200 mq; Hibiskus (Hibiscus abelmoschus) 150 mq; Badam (Prunus amygdalus) 100 mq; Viteks (Vitex negundo) 100 mq; Pambıq (Gossypium herbaceum) 50 mq; Püstə (Pistacia vera) 50 mq; Darçın (Cinnamomum cassia) 30 mq; Cövüz (Myristica fragrans) 30 mq; Cövüz qabığı (Myristica fragrans (mace)) 30 mq; Mixək (Syzygium aromaticum) 30 mq.
İşlənilib: Vitaniya (Withania somnifera), Abrus (Abrus precatorius), Müqəddəs fikus (Ficus religiosa), Piretrin anasiklyusu (Anacyclus pyrethrum), Qulançar (Asparagus racemosus).

 

Farmakoloji xassələri:
Bitki mənşəli preparat. Libidonu gücləndirən vasitədir. Himkolin gel cinsiyyət üzvünün mağaralı cisimlərində qan axınını yüksəltmək hesabına ereksiyanı stimulə edir. Preparat nəmləndirici və həssaslıq hissinin qəbulunu gücləndirən xüsusiyyətlərə malikdir.

 

İstifadəsinə göstərişlər: Erektil disfunksiya.

 

Əks göstərişlər:
Himkolin gelin istifadəsinə heç bir ciddi əks göstəriş yoxdur. Bununla belə gelin komponentlərinə qarşı yüksək həssaslığı olan şəxslər bu gelin istifadəsini dayandırmalıdırlar.

 

İstifadə qaydası:
Yalnız xaricə istifadə üçünl.
Cinsi əlaqədən əvvəl lazımi qədər Himkolin geli kişi cinsi orqanına və qasıq nahiyəsinə yüngül massaj hərəkətləri ilə yayırlar. Gelin kişi cinsi orqanının baş hissəsinə düşməsinə yol verməyin.
Eyni zamanda Himalaya Drug Company şirkətinin istehsalı olan «Tenteks Royal» kapsulları və ya «Tenteks Forte» tabletlərinin istifadəsi müalicənin effektivliyini artırır.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 30 qr-lıq laminə olunmuş tublarda buraxılır. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25°C-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: «The Himalaya Drug Company» Makali, Bangalore 562 123, Hindistan
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com