FLOGENZİM - PHLOGENZYM (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: Bromelain 450 F.İ.P.-Şv, tripsin 1440 F.l.P.-Şv (24[ikat), rutin (rutozid) 100 mq.
Köməkçi maddələr:
Tabletin nüvəsi: Laktoza 1H20, qarğıdalı nişastası, maqnezium-stearat, stearin turşusu, təmizlənmiş su, susuz kalloidal silisium 4-oksid, ağ toz.
Tabletin qlafı: Makroqol 6000, metakril turşusunun sopolimeri - metil-metakrilat (1:1), ağ toz, trietilsitrat, vanilin.

 

Təsviri:

İkitərəfli qabarıq, dairəvi, hamar səthli, özünəməxsus qoxulu və yaşılabənzər - sarımtıl rəngə boyanmış tabletlərdir. Qlafın xarici rənginin cüzi dəyişməsi yolveriləndir (mərmərə bənzər, nöqtəvari yığım).

 

Farmakoterapevtik qrupu: İltihab əleyhinə, ödem əleyhinə və immunomodulyator təsirə malik preparat.

ATC kodu: L03AX.


İstifadəsinə göstərişlər:
Aşağıdakı xəstəliklərin kompleks müalicəsində istifadə olunur:
Cərrahiyyə: cərrahi əməliyyatlardan sonrakı ağırlaşmalar, stomatoloji və plastik cərrahiyyə (irinləmə, tromboz, bitişmə) əməliyyatdan sonra yaranan limfatik ödemlər, bitişmə dövrü, mikrosirkulyator pozğunluqların və yanıqların profilaktikası.
Travmatalogiya: yumşaq toxumaların zədələnməsi, idman travmaları.
Angiologiya: dərin venalarm kəskin trombozu, səthi vena damarlarının tromboflebiti, posttromboflebit xəstəliyi, aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu və digər xroniki arteriopatiyalar.
Urologiya: sidik-cinsiyyət yollarının kəskin və xroniki iltihabi xəstəlikləri: sistit, uretrit, sistopielit, prostatit.
Ginekologiya: kiçik çanaq orqanlarının kəskin və xroniki iltihabi xəstəlikləri (adneksit, salpinqooforit) klimakterik dövrün damar ağırlaşmaları, əvəzedici hormonal müalicənin orqanizmdə törətdiyi ağırlaşmalar, əvəzedici hormonal müalicənin orqanizmdə törətdiyi ağırlaşmaları yüngülləşdirmək məqsədi ilə.
Kardiologiya: ürəyin işemik xəstəliyi, stenokardiya tutmalarının profilaktikası.
Qastroenterologiya: hepatitlər.
Revmatologiya: revmatoid artrit, ankilozlaşdırıcı spondiloartrit, reaktiv artritlər, yumşaq toxumalarm revmatik zədələnməsi.
Pediatriya: yuvenil revmatoid artrit, əməliyyatdan sonrakı ağırlaşmalar.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Anadangəlmə və qazanılmış yüksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofıliya xəstəliyi).

 

Xüsusi göstərişlər:
Flogenzim infeksion proseslər zamanı antibiotikləri əvəz etmir. Preparatın tərkibində dopinq birləşmələri aşkar olunmayıb.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

Ehtiyat tədbirləri:
Preparatın şəkərli diabetli xəstələrə təyini zamanı, preparatın hər bir tabletində 0,015 çörək vahidi olduğunu mütləq nəzərə almaq lazımdır. Phloqenzim-in qəbulu zamanı xəstəliyin simptomları kəskinləşərsə, preparatın dozasını müvəqqəti olaraq azaltmaq və həkimə müraciət etmək məsləhət görülür.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Flogenzimin digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyuşmazlıq hallarına rast gəlinməmişdir. Flogenzim antibiotiklərlə birlikdə qəbul zamanı antibiotikoterapiyanın effektini yüksəldir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparat yalnız həkim məsləhətindən sonra qəbul edilə bilər.

 

İstifadə qaydası və dozası:
Tabletləri yeməkdən 30 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra çeynəmədən 200ml maye ilə qəbul etmək lazımdır.

Böyüklər üçün: müalicə məqsədi ilə 2 həftə müddətində gündə 3 dəfə 3 tablet qəbul edilir (həkim tərəfindən daha uzunmüddətli müalicə təyin edilməyibsə).

Profilaktik məqsədlə: 2 həftə müddətində gündə 3 dəfə 2 tablet qəbul edilməsi məsləhət görülür.

3 yaşından yuxarı uşaqlara: Yuvenil revmatoidli artrit - kütləsi 60 kq qədər olan uşaqlara gündə 3 dəfə tablet, 60 kq-dan yuxarı uşaqlara isə gündə 3 dəfə 2 tablet təyin edilir. $məliyyatdan sonrakı ağırlaşmaların müalicəsində hər 10 kq bədən kütləsinə gündə 2-3 dəfə 1 tablet qəbul etmək məsləhət görülür. Preparatla müalicə müddətini və dozasını dəyişmək üçün, mütləq həkimlə məsləhətləşmək lazımdır.

 

Əlavə təsirləri:
Flogenzim orqanizm tərəfindən yaxşı qəbul edilir. Bəzi hallarda defekasiya aktının sürətlənməsi, bağırsaq möhtəviyyatının konsistensiyasının və qoxusunun cüzi dəyişiklikləri qeyd edilir ki, bu əlamətlər də, preparatın dozasını azaltmaqla aradan qaldırıla bilər. Bəzi hallarda, allergik reaksiyalar (dəri səpgiləri, qaşınma) ola bilər ki, bu da preparatın qəbulunu dayandırmaqla, aradan qalxır. Preparatın qəbulu zamanı ürəkbulanma, meteorizm, qarın boşluğunda ağrılar, baş ağrısı, başgicəllənmə, ekzantema, ümumi zəiflik və s. baş verə bilər. Eyni zamanda, qarın boşluğunda müvəqqəti "şişkinlik" hissiyyatı törədə bilər ki, bu hissiyyatı da gündəlik dozanın qəbulunu, birdəfəlik dozaların sayını artırmaqla aradan qaldırmaq mümkündür.

 

Doza həddinin aşılması:

Preparatın doza həddinin aşılması hallarına rast  gəlinməyib.

 

Buraxılış forması: 20 tablet, blisterlərdə. 2, 5 və ya 10 blister (40, 100 və ya 200 tablet) içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır. 800 ədəd tablet içlik vərəqə ilə birlikdə yüksək sıxlıqlı polietilen flakonlarda buraxılır.
Saxlanma şəraiti: Otaq temperaturunda (15°-25°C), quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: MUCOS Pharma GmbH&Co, Almaniya, Ünvan: Almaniya, MUCOS Pharma GmbH&Co, D-82524 Geretsried

Məsləhət və əlavə informasiya üçün: Firmanın Azərbaycanda rəsmi destribyutoru olan AZƏRİ MED fırması, Bakı, tel: (+994 12) 513 01 09; 513 01 81; 513 00 54, Sankt-Peterburq, tel: (+812) 315 92 95; 316 95 85, Moskva, tel: (+499) 614 44 71; 614 39 07.