DOKTOR MOM (portağal, limon, çiyələk, moruq, ananas dadlı, meyvəli, giləmeyvəli sorma tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr:

Hər sorma tabletin tərkibində aşağıdakı bitkilərdən alınmış ekstraktlar vardır:

  • Lüt biyan (Glycyrrhiza glabra) kökü 15 mq
  • Dərman zəncəfilinin (Zingiber officinale) kökümsov gövdəsi 10 mq
  • Dərman emblikasının (Emblica officinalis) meyvələri 10 mq
  • Levomentol 7 mq

Köməkçi maddələr:

  • portağal dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, portağal aromatizatoru, nanə aromatizatoru (nanə cövhəri), «Günəş qürubu» boyası;
  • limon dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, limon yağı, nanə aromatizatoru (nanə cövhəri), xinolin sarısı;
  • moruq dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, moruq aromatizatoru, azorubin boyası;
  • çiyələk dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, çiyələk aromatizatoru, al qırmızı boya (Ponso 4R);
  • ananas dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, nanə aromatizatoru (nanə cövhəri), ananas aromatizatoru, BQ Supra boyası (brilyant mavisi ilə xinolin sarısının qarışığı);
  • meyvəli sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, meyvəli aromatizator, üzüm boyası (brilyant mavisi ilə azorubinin qarışığı);
  • giləmeyvəli sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, giləmeyvə aromatizatoru, brilyant mavisi ilə azorubin boyaları.


Təsviri:
- portağal dadlı sorma tabletlər: narıncı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir;
- limon dadlı sorma tabletlər: yaşılımtıl-sarı və ya sarı rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir;
- ananas dadlı sorma tabletlər: yaşıl, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir.
- moruq dadlı sorma tabletlər: qırmızı və ya tünd qırmızı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir;
- çiyələk dadlı sorma tabletlər: qırmızı və ya tünd qırmızı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir.
- meyvəli sorma tabletlər: qırmızımtıl bənövşəyi və ya bənövşəyi rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir.
- giləmeyvəli sorma tabletlər: çəhrayı-qəhvəyi və ya qəhvəyi rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir.

 

Farmakoterapevtik qrupu: Bitki mənşəli, bəlğəmgətirici dərman vasitəsi.

ATC kodu: R05X.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:
İltihab əleyhinə və bəlğəmgətirici təsirlərə malik kombinəolunmuş fitopreparatdır. Preparatın təsiri tərkibinə daxil olan komponentlərin təsiri ilə müəyyən olunur.
Lüt biyan kökünün ekstraktı - iltihab əleyhinə, ağrıkəsici, bəlğəmgətirici təsirlərə malikdir;
Dərman zəncəfili kökümsov gövdəsinin ekstraktı - iltihab əleyhinə, antihistamin təsir göstərir.
Dərman emblikasının ekstraktı - iltihab əleyhinə, qızdırmasalıcı təsir göstərir.
Mentol - spazmolitik, antiseptik və ağrıkəsici təsirlərə malikdir.

 

İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının quru öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, traxeit, bronxit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması), simptomatik müalicəsi; boğaz ağrıları.

 

Əks göstərişlər:
Preparatın tərkibinə daxil olan maddələrə qarşı yüksək həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Öskürək əleyhinə preparatlarla eyni zamanda istifadə olunması tövsiyə olunmur.

 

Xüsusi göstərişlər:
Preparatın tərkibində şəkər vardır. Şəkərli diabet xəstələri, həmçinin aşağı kalorili pəhrizdə olanlar bunu nəzərə almalıdır.

 

Pediatriyada istifadəsi:
Preparatın bu dərman forması 6 yaşa qədər uşaqlara təyin olunmur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Bu dövrdə istifadə təcrübəsi olmadığından preparatın hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə olunmur.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası:
Böyüklərə və 6 yaşdan böyük uşaqlara: hər 2 saatdan bir 1 sorma tablet ağız boşluğunda sorulur. Maksimal gündəlik doza 10 tabletdir. Müalicə kursu 2-3 həftə.

 

Doza həddinin aşılması: Müşahidə edilməmişdir.

Əlavə təsirləri: Allergik reaksiyalar.

 

Buraxılış forması: - 4 sorma tablet, alüminium striplərdə buraxılır. 5 strip (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır; Hər sorma tablet çoxtəbəqəli laminəolunmuş paketlərdə buraxılır. 100 sorma tablet içlik vərəqə ilə birlikdə qapaqlı polietilentereftalat bankalara qablaşdırılır.

Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti: 30ºC-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com