DİPEP (suspenziya)

İstifadəsi üzrə təlimat


Tərkibi:
Həl olunmuş 5ml məhlulun tərkibində:

  • Göbələk mənşəli amilaza (1:2500)* (H.F.) 31,25 mq
  • Pepsin (1:3000)** (H.F.) 10,00 mq
  • Qazqovucu yağlar tərkibli şirə lazımı qədər

* Aspergillus oryzae-dan alınmış 31,25 mq göbələk mənşəli amilaza (H.F.) (1:2500) 78,125 q bişmiş nişastanı parçalayır.

** 10 mq pepsin (H.F.) (1:3000) 30 q pıxtalaşmış yumurta albuminini parçalayır.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

 

Farmakoloji xassələri:
Həzm fermentləri dispepsiya müalicəsində və iştahgətirici kimi istifadə olunur.
Pepsin - zülalları parçalayan və onların mənimsənilməsini təmin edən enzimdir.
Amilaza - Aspergillus oryzae-dan alınmış enzimdir, nişastanın qlükozayadək parçalanmasını sürətləndirir.
Bu fermentlər kompleksi zülalların, yağların və karbohidratların mənimsənilməsini təmin edir.


İstifadəsinə göstərişlər:
- funksional dispepsiya;
- zülalların, yağların və karbohidratların mənimsənilməsinin pozulması;
- cərrahiyyə əməliyyatından sonrakı dövrdə həzm pozğunluqları zamanı;
- uşaqlarda, hamilə qadınlarda və yaşlı insanlarda enterit və meteorizm zamanı;
- mədəaltı vəz funksiyalarının çatışmazlığı ilə yaranan pozğunluqların müalicəsi zamanı kompleks terapiyanın tərkibində.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır! Həll olunduqdan sonra 15 gün ərzində istifadə edilməlidir.

  • 6 aya qədər uşaqlarda: 2,5 ml (½ ölçü qaşığı) gündə 2 dəfə, yeməkdən sonra.
  • 6 aydan - 2 yaşa qədər: 2,5 ml (½ ölçü qaşığı) gündə 3 dəfə, yeməkdən sonra.
  • 2 yaşdan - 6 yaşadək: 5 ml (1 ölçü qaşığı) gündə 2 dəfə, yeməkdən sonra.
  • 6 yaşdan yuxarı: 5-10 ml (1-2 ölçü qaşığı) gündə 3 dəfə, yeməkdən sonra.

 

Xüsusi göstərişlər:
Preparat hamiləlik zamanı və laktasiya dövründə istifadə oluna bilər.
Preparat yaşlı insanlarda istifadə oluna bilər.

 

Əlavə təsirləri:
Nadir hallarda: ürəkbulanma və ishal.

 

Buraxılış forması: İçində enzimlər olan paket və 150 ml-lik flakonda həlledici olmaqla buraxılır. Bir flakon, bir paket və ölçü qaşığı içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºC-dən aşağı temperaturda işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Yayıcı: «Serum İnstitut of İndia Ltd.» 212/2, Hadapsar, Pune 411 028, Hindistan

İstehsalçı: M/s. «P & B Laboratories Ltd.», C2/11, G.I.D.C., Kansari, Gujarat - 388 630, Hindistan

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com