DİPEP (kapsullar)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:

Hər kapsulun tərkibində olan aktiv komponentlər:

  • Pepsin * 25 mq
  • Papain 50 mq
  • Göbələk mənşəli amilaza (1:800) ** 50 mq
  • Lipaza (göbələk mənşəli) *** (həll olunan örtükdə) 112,5 mq
  • Sitaza (15 sellüloz vahidində ekvivalent olan) 15 mq


* 25 mq pepsin (H.F.) (1:3000) 75 q pıxtalaşmış yumurta albuminini parçalayır;
** 50 mq Aspergillus oryzae-dan alınmış göbələk mənşəli amilaza (H.F.) (1:800) 40 q bişmiş nişastanı parçalayır.
*** Lipaza aktivliyi 40000 göbələk mənşəli lipaza vahidinə uyğundur.

 

Farmakoterapevtik qrupu: Bioloji aktiv əlavə.

 

Farmakoloji xassələri:

  • DİPEP kapsulları dispepsiyanın terapiyasında və iştahgətirici kimi istifadə olunur.
  • Pepsin - zülalları parçalayan və onların mənimsənilməsini təmin edən enzimdir.
  • Amilaza - Aspergillus oryzae-dan alınmış ferment olub, nişastanı qlükozayadək parçalayır.
  • Papain - zülalları parçalayan fermentdir.
  • Sitaza - bitki mənşəli qidanı D-qlükozayadək parçalayır.
  • Lipaza - qida ilə daxil olan yağları bağırsaqda sorula bilən vəziyyətə qədər parçalayan fermentdir.
  • Bu fermentlər kompleksi zülalların, yağların və karbohidratların mənimsənilməsini təmin edir.

 

İstifadəsinə göstərişlər:
- funksional dispepsiya;
- zülalların, yağların və karbohidratların mənimsənilməsinin pozulması;
- cərrahiyyə əməliyyatından sonrakı dövr;
- hamilə qadınlarda enterit və meteorizm zamanı;
- mədəaltı vəz və ya qaraciyər funksiyalarının çatışmazlığı ilə yaranan pozğunluqların müalicəsi zamanı kompleks terapiyanın tərkibində.

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:
Daxilə. 2 kapsuldan gündə 2 dəfə yeməkdən sonra.

 

Digər maddələr ilə qarşılıqlı təsiri:
Kalsium karbonat, maqnezium hidroksid və ya dəmir preparatları ilə birgə təyin olunduqda, həmin preparatlar ilə qarşılıqlı təsirdə ola bilər.

 

Xüsusi göstərişlər:
Hamiləlik və laktasiya:
DİPEP kapsulları hamiləlik zamanı və laktasiya dövründə istifadə oluna bilər.

 

Əlavə təsirləri:
Nadir hallarda ürəkbulanma və ishal müşahidə oluna bilər.

 

Buraxılış forması: Hər blisterdə 10 kapsul olmaqla buraxılır. 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Yayıcı: «Serum İnstitut of İndia Ltd.» 212/2, Hadapsar, Pune 411 028, Hindistan

İstehsalçı: M/s. «P & B Laboratories Ltd.» C2/11, G.I.D.C., Kansari Gujarat - 388 630, Hindistan

 

Azərbaycanda rəsmi distribyutor:

TETRADA  MMC

AZ1102 , 20 Yanvar küçəsi , 14

Bakı , Azərbaycan

Tel.:(+994 12) 431-59-24, 431-05-41

Faks: (+994 12) 430-80-51

E-mail: info@tetrada-az.com