DİKLORAN PLUS - DICLORAN PLUS (xaricə istifadə üçün gel)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Hər qram gelin tərkibində: Aktiv maddələr:
Diklofenak dietilamin 11,61 mq; 10 mq natrium diklofenaka ekvivalentdir); Kətan toxumu yağı 30 mq; Levomentol 50 mq; Metilsalisilat 100 mq;

Köməkçi maddələr: Butilhidroksianizol 0,2 mq; Butilhidroksitoluol 2 mq; Benzil spirti 10 mkl; Dinatrium edetat 1 mq; Dietilamin 7,1 mkl; Karbomer 980 10,8 mq; Limon turşusu monohidrat 1 mq; Makroqol qliserilhidroksistearat (Kremofor RH-40) 35 mq; Propilenqlikol 100 mq; Distillə suyu 1 q-a qədər lazım olan.

 

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihab əleyhinə preparat (QSİƏP).

 

Farmokoloji xassələri:
Xaricə istifadə üçün qeyri-steroid itihab əleyhinə preparatdır (QSİƏP). Yerli ağrıkəsici, iltihab əleyhinə və antieksudativ təsir göstərir. QSİƏP olan diklofenak natrium və mestilsalisilatın təsir mexanizmi prostoqlandinlərin sintezini ləngitməsi ilə əlaqədardır. Yerli istifadə zamanı oynaqlarda ağrını və iltihabı, oynaqların səhər məhdudluğunu və şişkinliyini azaldır, hərəkət həcminin artmasına köməklik göstərir. Kətan yağının əsas komponenti iltihab əleyhinə təsirə malik olan α-linolen turşusudur. Levomentol sinir uclarını qıcıqlandırır, yerli yayındırıcı və yüngül ağrıkəsici təsir göstərir, preparatın tətbiq olunduğu nahiyədə sərinlik hissi yaradır.

Farmakokinetika:
Yerli istifadə zamanı natrium diklofenak, metilsalisilat və kətan yağı sorularaq dərialtı birləşdirici toxumaya, əzələ toxumasına və oynaq kapsulasına nüfuz edir.

 

İstifadəsinə göstərişlər:
- dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, psoriatik artrit, ankilozlaşan spondiloartrit, periferik oynaqların və onurğa sütununun osteoartrozu, sinir kökü sindromu ilə osteoxondroz, radikulit);
- yumşaq toxumaların revmatik zədələnmələri (tendovaginit, bursit);
- revmatik və qeyri-revmatik mənşəli əzələ ağrıları (eyni zamanda həddindən çox fiziki gərginlik nəticəsində yaranan);
- yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı (dartılma, gərginlik və zədələnmə nəticəsində).

 

Əks göstərişlər:
Diklofenaka, metilsalisilata və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq, bronxial astma, burun və burunətrafı ciblərin selikli qişasının residivləşən polipozunun asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dözümsüzlük ilə (həmçinin anamnezdə) tam və ya natamam ahəngliyi, hamiləlik (III trimestr), laktasiya dövrü (ana südü ilə qidalandırma), uşaqlıq dövrü (6 yaşa qədər), dəri örtüklərinin tamlığının pozulması.

 

İstifadə qaydası və dozası:
Xaricə istifadə üçündür!
12 yaşından böyük uşaqlara və böyüklərə gündə 3-4 dəfə dəriyə çəkilir və yüngülcə sürtülür. Preparatın lazımı miqdarı zədələnmiş sahənin ölçüsündən asılıdır. Preparatın birdəfəlik dozası - 2-4 q (4-8 sm tubun tam açılmış boynu zamanı). 6 yaşından 12 yaşına qədər uşaqlara gündə 2 dəfədən çox olmamaqla, preparatın birdəfəlik dozası 2 q-a qədərdir.
Həkim məsləhəti olmadan müalicə müddəti 10 gündən artıq olmamalıdır.
Preparatın uzun müddətə istifadəsi haqqında mümkünlük məsələsini həkim fərdi olaraq həll edir.

 

Xüsusi göstərişlər:
Preparatı yalnız zədələnməmiş dəri nahiyəsinə çəkmək lazımdır, açıq yaralara düşməsinə yol verilməməlidir. Geli çəkdikdən sonra okklüzion sarğı ilə sarımaq lazım deyil. Açıq sahələrə uzunmüddətli çəkilməsi zamanı rezorbtiv təsiri nəticəsində sistem əlavə təsirlər yarana bilər. Preparatın gözlərə və selikli qişalara düşməsinə yol verilməməlidir.
Preparatı qaraciyər və böyrək funksiyalarının ağır pozğunluqları, bronxial astma, hamiləliyin I və II trimestri, yaşlı xəstələrə ehtiyyatla təyin etmək lazımdır.

 

Doza həddinin aşılması:
Məsləhət görülən dozada xaricə istifadə zamanı preparatın aktiv komponentlərinin çox kiçik sistem absorbsiyası praktiki olaraq doza həddinin aşılmasını qeyri-mümkün edir. Təsadüfən daxilə qəbul zamanı sistem əlavə təsirlərin inkişafı mümkündür. Daxilə düşməsi zamanı müalicə: mədənin yuyulması, qusmanın induksiyası, aktivləşmiş kömürün qəbulu, məcburi diurez, simptomatik müalicə. Dinklofenakın qan plazması zülalları ilə yüksək dərəcədə birləşdiyindən (99%-ə qədər) dializ qeyri-effektivdir.

 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:
Diklofenak fotosensibilizasiya yaradan preparatların təsirini gücləndirə bilər. Digər dərman preparatları ilə kliniki əhəmiyyətli qarşılıqlı təsir təsvir olunmamışdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparat hamiləliyin III trimestrində əks göstərişdir. Preparatın hamiləliyin I və II trimestrlərində istifadə məsələsi fərdi olaraq həll edilir. Preparatın laktasiya dövründə istifadə təcrübəsi haqqında məlumat olmadığına görə preparatın bu dövrdə istifadəsi məsləhət görülmür.

 

Əlavə təsirləri:
Yerli reaksiyalar: ekzema, fotosensibilizasiya, kontakt dermatit (işlənilmiş dəri sahəsində qaşınma, qızarma, şişkinlik, papulalar, vezikulalar, qabıqlanma).
Sistem reaksiyalar: generalizəolumuş dəri səpgisi, allergik reaksiyalar (örə, angionevrotik ödem, bronxospastik reaksiyalar).

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

 

Buraxılış forması: 30q gel alüminium və ya plastik laminə olunmuş tubda buraxılır. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +30ºC-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 il. Qutunun üzərində göstərilən yararlılıq tarixindən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz.

 

Qeydiyyat şəhadətnaməsinin sahibi: «Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat: «Conson & Conson» MMC, Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55.

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz» («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) Vorli, Mumbay - 400 030, Hindistan.

Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com