SİSTON - CYSTONE (tabletlər)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: Hər tabletin tərkibində:
Ekstraktlar:

  • Didimokarpus (Didymocarpus pedicellata) - 65 mq;
  • Daşqıran (Saxifraga ligulata) - 49 mq;
  • Marena (Rubia cordifolia) - 16 mq;
  • Cil (Cyperus scariosus) - 16 mq;
  • Qaba saman çiçəyi (Achyranthes aspera) - 16 mq;
  • Onosma (Onosma bracteatum) - 16 mq;
  • Vernoniya (Vernonia cinerea) - 16 mq;

Tozlar:

  • Silisium əhəngi (Hajrul yahood bhasma) - 16 mq;
  • Təmizlənmiş şilajit (Shilajeet (Purified)) - 13 mq;

Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı dərman bitkilərindən alınan ekstraktın buxarı ilə işlənmişdir: Reyhan (Ocimum basilicum), Dəmir tikanı (Tribulus terrestris), Utancaq mimoza (Mimosa pudica), At taxılı (Dolichos biflorus), Ətirli pavoniya (Pavonia odorata), At quyruğu (Equisetum arvense), Tik ağacı toxumu (Tectona grandis seed).
Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, sodium karboksimetilsellüloza, krospovidon, aerosil.

 

Farmakoterapevtik qrupu: Bitki mənşəli preparat. Litolitik, uroantiseptik vasitə.

Farmakoloji xassələri:
Siston sidiyin litogen maddələrlə doymasının qarşısını alır, kristal-kolloid tarazlığını bərpa edir, oksamidlərin (daş əmələ gəlməsini sürətləndirən maddələr) bağırsaqdan sorulmasına nəzarət edir. Preparat daş əmələ gətirən maddələrin: oksalat turşusu, kalsium hidroksipirolin və s. miqdarını azaltmaqla daşların əmələ gəlməsini ləngidir. Siston kristal hissəciklərini birləşdirən mutsinə təsir edərək, konkrementlərin parçalanmasına səbəb olur. Mikrob əleyhinə təsir göstərdiyi üçün, preparat sidikçıxarıcı yollarda sidikdaşı xəstəliyi və kristalluriya fonunda əmələ gələn infeksiyaların qarşısını alır. Spazmolitik və iltihab əleyhinə təsirinə görə Siston duzların və xırda konkrementlərin xaric olmasına və böyrək sancıları, sidik ifrazı zamanı yaranan göynəmə və ağrı hissiyyatının aradan qalxmasına səbəb olur.

 

İstifadəsinə göstərişlər:
1. Sidikdaşı xəstəliyi
- oksalat daşları
- fosfat daşları
- uratlar və sidik turşusunun duzları
- kristalluriya
- qarışıq kristallar - qlikol turşuları
- cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların qarşısının alınması.
2. Köməkçi vasitə kimi:
- sidik yollarının infeksiyası
- hamiləlik zamanı sidik yollarının infeksiyası
- qeyri-spesifik uretrit
- sistit, pielit
- sidik ifrazı zamanı ağrı və göynəmə hissi olduqda
- podaqra və hiperurikemiya
3. Qadınlarda sidik saxlamamanın kəskin formaları

 

Əks göstərişlər: Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Daxilə:
Sidikdaşı xəstəliyində və kristalluriyada: 2 tabletdən gündə 3 dəfə olmaqla 3-4 ay ərzində, sonra 1 tabletdən gündə 2 dəfə olmaqla daşlar xaric olanadək.
Sidikçıxarıcı yolların iltihabında: 2 tabletdən gündə 3 dəfə olmaqla xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, sağalana qədər.
Ağrılı sidik ifrazı zamanı: 2 tabletdən gündə 3 dəfə olmaqla, 4 gündən 2 həftəyə qədər müalicə kursu ilə və ya simptomlar aradan qalxana qədər.
Cərrahi əməliyyatdan sonra böyrək konkrementlərinin təkrar əmələ gəlməsinin profilaktikası: 1 tabletdən gündə 3 dəfə olmaqla 4-5 ay ərzində.

 

Xəbərdarlıqlar: Böyük ölçülü konkrementlərlə obstruksiya təhlükəsi olduqda istifadəsi məqsədə uyğun deyil.

Əlavə təsirləri: Aşkar olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Rеsеptsiz buraxılır.

 

İstehsalçı: «The Himalaya Drug Company» - firması tərəfindən istehsal olunur. Makali, Bangalore 562 123, Hindistan.
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14 Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51, Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com