SOYUQDƏYMƏ ƏLEYHİNƏ BALZAM - COLD RELIEF BALM  (kosmetik vasitə)
dərinin gigiyenik qayğısı və aromatizəsi üçün

İstifadəsi üzrə təlimat

 

Tərkibi:
Balzamın hər ml-nin tərkibində olan bitki yağları:

  • Çöl nanəsi yarpağı (Mentha arvensis leaf oil) 50 mq
  • Lavr kamforası qabığı (Cinnamomum camphora bark oil) 50 mq
  • Evkalipt yarpağı (Eucalyptus globulus leaf oil) 50 mq
  • Şam ağacı (Pinus longifolia oil) 40 mq
  • Cövüz toxumu (Myristica fragrans kernel oil) 10 mq

Digər komponentlər:

mineral yağ, silisium dioksid, ətirləndirici.

 

Farmakoloji xassələri:
Balzamin təsiri tərkibinə daxil olan effektiv və balanslaşdırılmış maddələrin seçiminə əsaslanır.
Çöl nanəsi yarpağı yağının tərkibinə mentol daxildir. Mikrob əleyhinə, antibakterial təsirə malikdir. Ağrıkəsici və ödem əleyhinə təsir göstərir. Nəfəs alınan nanənin efir yağlarının ətri sakitləşdirici və ödem əleyhinə təsir göstərir. Nanə yağı baş ağrılarını aradan götürür.
Lavr kamforası qabığı yağının tərkibinə kamfora, pinen, kamfen, bomeol və digər maddələr daxildir.
Antiseptik, yerli qıcıqlandırıcı, yerli ağrıkəsici, iltihab əleyhinə və qızdırmasalıcı təsir göstərir. Kamfora yağı iltihabi proseslər və revmatizm zamanı maz və liniment şəklində təyin olunur. Soyuqdəymə zamanı faydalı təsir göstərir, rinit zamanı burunda tutqunluğu azaldır, tənəffüsü yaxşılaşdırır.
Evkalipt yarpağı yağının tərkibinə sineol, pinen və digər maddələr daxildir. Yuxarı tənəffüs yollarının infeksion iltihabi xəstəliklərində antiseptik və iltihab əleyhinə vasitə kimi təyin olunur.
Şam ağacı yağının tərkibinə α və β-pinenlər daxildir. Antiseptik və iltihab əleyhinə təsir göstərir. Nəfəs alınan şam ağacının efir yağları yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri zamanı burun tənəffüsünü yaxşılaşdırır, boğazda ağrını azaldır və öskürək əleyhinə təsir göstərirlər.
Cövüz toxumu yağının tərkibinə α-pinen, linalool, kamfen və digər bioloji aktiv maddələr daxildir. Iltihab əleyhinə və mikrob əleyhinə təsir göstərir. Yumşaldıcı və sakitləşdirici təsirə malikdir. Soyuqdəymə və revmatik xəstəliklər zamanı maz şəklində geniş istifadə olunur.

 

İstifadəsinə göstərişlər:
Soyuqdəymə və sinusitlə əlaqəli olan burun tutulması və baş ağrıları.

 

Əks göstərişlər:
- balzamın komponentlərinə qarşı yüksək həssaslıq;
- 2 yaşa qədər uşaqlar;
- hamiləlik;
- laktasiya dövrü;
- bronxospazma və qıcolma reaksiyalarına meyilli olan şəxslər;
- göyöskürək.

 

İstifadə qaydası:

Xaricə istifadə üçün.
Az miqdarda balzam alın cibləri və burun qanadları ətrafı nahiyələrinə gündə 2-3 dəfə və ya lazım gələrsə çox çəkilə bilər. Daha effektli nəticə almaq üçün balzam yüngül massaj ilə çəkilir. İşlənmiş nahiyələri istidə saxlamaq məsləhət görülür.

 

Xüsusi qeydlər və ehtiyyat tədbirləri:
Gözə, açıq yaralara və selikli qişalara düşməsi qadağandır. Balzamın komponentlərinə qarşı allergik reaksiya ola bilər.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.
Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

 

Buraxılış forması:
- 10 ml balzam olmaqla şüşə flakonda buraxılır.
- 50 ml balzam olmaqla plastik germetik flakonda buraxılır.
Bir flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti: +25°C±2°C temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: «The Himalaya Drug Company» - firması tərəfindən istehsal olunur. Makali, Bangalore 562 123, Hindistan.
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51 Е-mail: info@tetrada-az.com, www.tetrada-az.com