QUŞÜZÜMÜ ÇAYI - CRANBERRY TEA

İstifadəsi üzrə təlimat

 

Tərkibi: Quşüzümü meyvəsi (Vaccinium macrocarpon)

 

Farmakoloji xüsusiyyətləri:
- Uroseptik - sidikçıxarıcı yollara antiseptik təsir göstərir.
- Urospazmolitik - sidikçıxarıcı yollarda spazmı aradan qaldırır
- Diuretik - sidikqovucu təsir göstərir.
- Tərkibindəki fitonsidlər antibiotik təsiri göstərir və bunun sayəsində antiseptik effekt alınır.

 

Üstünlükləri:
- sidikçıxarıcı yolların divarlarını bakterial infeksiyalardan qoruyur
- sidik-cinsiyyət sisteminin sağlamlığını təmin edir
- sidikçıxarıcı yolların iltihabını aradan qaldırır.

 

Göstərişlər:
- Sidik-cinsiyyət sisteminin iltihabi xəstəlikləri (pielonefrit,nefrit, sistit, uretrit)
- Böyrək polikistozu
- Sidik daşı xəstəliyinin kompleks müalicəsi və profilaktikası
- Prostatit və prostat vəzin adenomasının kompleks müalicəsi
- Bakteriuriya
- Hamilələrdə sidik yollarının infeksiyaları
- Şəkərli diabet xəstələrində sidik yollarının infeksiyaları

 

Əks göstəriş: Mədə və 12 barmaq bağırsaq xorası

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: 1 paketdən gündə 2-3 dəfə dəmlənilib içilir.

Dəmləmə qaydası: 1 paket 1 stəkan qaynar suya salınır, 4 dəq. dəmlənilir və içilir.

 

Buraxılış forması: 20 paket.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Zeinpharma Germany GmbH, D-64569 Nauheim www.zeinpharma.com