KLARİNA - CLARINA (krem)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Kremin hər qr-nın tərkibində olan aktiv komponentlər:
Ekstraktlar:

  • Barbados əzvayı (Aloe barbadensis) 200 mq
  • Badam (Prunus amygdalus) 10 mq
  • Alternantera (Alternanthera sessilis) 10 mq
  • Marena (Rubia cordifolia) 5 mq

Tozlar:

  • Sodium borat (Tankana) 12,5 mq
  • Sink oksid (Yashada bhasma) 12,5 mq
  • Кrem əsası 750 mq-a qədər.

 

Farmakoloji xassələri:
Klarina kremi antibakterial, iltihab əleyhinə, yara sağaldıcı, antioksidant, büzücü, sakitləşdirici kimi xüsusiyyətlərə malikdir, hansılar ki, sızanaqlarla mübarizədə köməklik göstərirlər. Klarina kremi həmçinin çapıq sağaldıcı xüsusiyyətinə də malikdir.
Klarina kreminin antibakterial və iltihab əleyhinə təsiri sızanaq zamanı yaranan infeksiyanın qarşısını alır. Klarina kreminin sakitləşdirici, sərinlədici və yumşaldıcı təsirləri yanma hissiyyatı və qaşınmanın qarşısını alır, bu zaman dəri yumşalır və elastik olur. Klarina kreminin büzüşdürücü təsiri sızanaqlarla zədələnmiş dərinin iltihabi ağrılarını aradan qaldırır.

 

İstifadəsinə göstərişlər:
• adi sızanaqlar (acne vulgaris);
• çəhrayı sızanaqlar (sızanağabənzər pustullar ilə müşahidə olunan).

 

Əks göstərişlər:
Heç bir ciddi əks göstərişi yoxdur. Bununla belə, kremin komponentlərinə qarşı həssaslığı olan şəxslər bu kremin istifadəsini dayandırmalıdırlar.

 

İstifadə qaydası:
Xaricə istifadə üçün!
Üzünüzü detergentsiz sabunla yuyun və kremi dərinin sızanaq və iltihab olan nahiyələrinə çəkin. Bu proseduru gündə 2 dəfə yaralar tam sağalana qədər təkrarlayın.

 

Xəbərdarlıqlar:
Kremin kiçik bir miqdarını qulağın arxa tərəfində dərinin üzərinə çəkirsiniz. Hər hansı bir allergik reaksiya və ya hiperhəssaslıq müşahidə olunarsa, bu zaman Klarina kreminin istifadəsini dayandırmaq lazımdır.
Hiperhəssaslıq reaksiyası baş verərsə, dərhal üzü yumaq və qurulamaq lazımdır. Reaksiya kəskindirsə adi dərmanlardan istifadə etmək lazımdır.

 

Əlavə təsirləri: Aşkar olunmayıb.
Digər dərman və kosmetik vasitələr ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

Xüsusi göstərişlər: Yoxdur.

 

Buraxılış forması: 30 qr-lıq laminə olunmuş tublarda buraxılır. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmamaq.
Yararlılıq müddəti: 3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı:  «The Himalaya Drug Company» - firması tərəfindən istehsal olunur. Makali, Bangalore 562 123, Hindistan.
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan. Теl.: (+994 12) 431-59-24, 431-05-41 Faks: (+994 12) 430-80-51 Е-mail: info@tetrada-az.com,  www.tetrada-az.com