BRONXOTON - BRONCHOTON (şərbət)

Вeynəlxalq patentləşdirilməmiş adı: Glaucine hydrobromide, Ephedrine hydrochloride, Basil oil.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: 125 q şərbətin tərkibində 0,125 q qlausin-hidrobromid, 0,100 q efedrin-hidroxlorid, 0,125 q adi reyhan yağı vardır.
Köməkçi maddələr: limon turşusu, saxaroza, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, tvin 80, 96%-li etanol, təmizlənmiş su.

 

Təsviri: Spesifik qoxulu sarımtıl-qəhvəyi rəngli, şərbətəbənzər maye.

Farmakoterapevtik qrupu: Mərkəzi təsirli öskürəkəleyhinə dərman vasitəsi. Simpatomimetik.

АТС kodu: R05DB20.

 

Farmakoloji xüsusiyyətləri:
Bronxoton şərbəti kombinəedilmiş dərman vasitəsi kimi öskürəkəleyhinə və bronxgenişləndirici təsirə malikdir. Qlausin-hidrobromid nəfəs almaya təsir etmədən öskürək mərkəzinin faallığını azaldır. Zəif bronxospazmatik və sekretor təsirə malikdir.
Efedrin-hidroxlorid simpatomimetik vasitə, nəfəs almanı artırır, ödemi azaldır, bronxları genişləndirir.
Adi reyhan yağı iltihab əleyhinə və zəif antiseptik təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:
• Kəskin və xroniki bronxitlərin kompleks müalicəsi;
• Traxeobronxit;
• Bronxial astma
• Göyöskürək
• Bronxokonstriksiya.

 

Əks göstərişlər:
Bronxotonun tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Ürəyin işemik xəstəliyi, koronar ateroskleroz, feoxromositoma, qlaukoma, şəkərli diabet, hipertireoz, adenoma, yuxusuzluq, hamiləlik, laktasiya, 3 yaşadək uşaqlar.

 

İstifadə qaydası və dozası:
Daxilə:
Böyüklərə: gündə 3-4 dəfə 1 xörək qaşığı.
3-10 yaşında uşaqlara: gündə 3 dəfə 1 çay qaşığı.
10 yaşdan yuxarı uşaqlara: gündə 3 dəfə 2 çay qaşığı.

 

Əlavə təsirləri:
Allergik reaksiyalar.
Əlavə təsir əsasən efedrin hidroxloridin təsiri ilə əlaqədardır: arterial qan təzyiqinin və ürək döyüntüsünün artması, yuxusuzluq, başgicəllənmə, ürəkbulanma, tərləmə, iştahasızlıq, sidiyə getmənin çətinləşməsi.

 

Buraxılış forması: Polietilenteraftalatdan hazırlanmış 125 q-lıq plastmas flakonda. Flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 15-25°C-dək temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: "Vetprom" AD. Bolqarıstan, 2400 Radomir şəh.