"QIZIL ULDUZ" - "GOLDEN STAR" (inhalyasiya üçün qələm)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: 1 inhalyatorda (1,3q) 658mq kristallik mentol, 124mq kamfora, 258mq nanə yağı, 65mq evkalipt yağı, 5mq mixək yağı, 6mq darçın yağı vardir.
Köməkçi maddələr: duru parafin.

 

Təsviri:
Kip qapaqla bağlanan ağ rəngli plastik tubun içində silindrik formalı, inqrediyentlərlə hopdurulmuş filtr yerləşir, efir yağlarına xas spesifik iyi vardır.

 

Farmakoloji xüsusiyyətləri:
Dərman vasitəsi yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsirə malikdir.

 

İstifadəsinə göstərişlər:
Rinitin kompleks müalicəsində antiseptik vasitə kimi istifada olunur.

 

Əks göstərişlər:
Dərman vasitəsinin komponentlərinə, xüsusən efir yağlarına qarşı fərdi həssaslıq.
2 yaşdan kiçik uşaqlar.

 

Xüsusi göstərişlər: Yoxdur.

İstifadə qaydası və dozası: Inhalyasiya burun keçəcəklərindən aparılır, bir qəbula 1-2 nəfəs, gündə 10-15 dəfə.

Əlavə təsirləri: Allergik reaksiyalar mümkündür. Bu zaman dərman vasitəsinin istifadəsi dayandırılmalıdır.

 

Buraxılış forması: İnhalyasiya üçün qələm "Zolotaya zvezda" kip qapaqlı plastik tubda, tubun içində inqrediyentlərlə hopdurulmuş filtr yerləşir. İnhalyatorun qapaqcığına kağız etiket yapışdırılıb. İnhalyasiya üçün qələm içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 15-25°C temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: “Danafa Farmasyutikal ASC", Vyetnam.