"QIZIL ULDUZ" - "GOLDEN STAR" (duru balzam)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: 100 ml balzamın tərkibində 28 q kristal mentol, 8,88 q kamfora , 22,9 q nanə yağı, 0,1 q
evkalipt yağı, 0,46 q mixək yağı, 0,38 q darçın yağı vardır.
Köməkçi maddələr: maye parafin.

 

Təsviri: Şəffaf qəhvəyi-qırmızı rəngdə, spesifik efir yağları iyli maye.

Farmakoloji xüsusiyyətləri: Preparat yerli qıcıqlandırıcı, yayındırıcı, antiseptik təsirə malikdir.

АТС kodu: R05X.

 

İstifadəsinə göstərişlər:
Qrip, baş ağrısı, soyuqdəymə xəstəlikləri, zökəm, həşəratların sancmaları zamanı kompleks müalicədə simptomatik vasitə kimi istifadə olunur.

 

Əks göstərişlər:
- Preparatın komponentlərinə qarşı fərdi dözümsüzlük.
- Dəri xəstəlikləri və preparat çəkilən yerlərdə dərinin tamlığının pozulması.
- 2 yaşına qədər uşaqlar, dərinin irinli xəstəlikləri.

 

Xüsusi göstərişlər:
Göz və burunun selikli qişalarına düşməsindən çəkinmək lazımdır.

 

İstifadə qaydası və dozası:
Preparat nazik layla dərinin ağrıyan hissələrinə çəkilir və sürtülür (baş ağrısı zamanı - gicgaha və boyun nahiyəsinə; soyuqdəymə xəstəlikləri zamanı kürək və sinə nahiyəsinə; zökəm olduqda - burun qanadları uzərinə). Həşəratların sancması zamanı balzam sancılmış yerə sürtülür.

 

Əlavə təsirləri:
Allergik reaksiyaların əmələ gəlməsi mümkundür, о halda preparatdan istifadə dayandırılmalıdır. Balzamın qalıqları dəri üzərindən sabun və ilıq su ilə yuyulmalıdır.

 

Buraxılış forması: Xaricə istifadə üçün 5 ml balzam, yivli plastik qapaqlı şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 15-25°C temperaturda, quru va uşaqların əli çatmayan yerds saxlanılmalıdır.
Yararlılıq müddəti: 5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: “Danafa Farmasyutikal ASC", Vyetnam.