"QIZIL ULDUZ" - "GOLDEN STAR" (balzam)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddələr: 4q preparatın tərkibində 0,455 q mentol, 0,910 q kamfora, 0,590 ml nanə yağı, 0,140 ml evkalipt yarpağının yağı, 0,228 ml mixək yağı, 0,053 ml Çin darçını yağı.
Köməkçi maddələr: arı mumu, parafin, vazelin, quru lanolin, parafin yağı.

 

Təsviri: Efir yağı iyli qəhvəyi-sarı rəngli balzam.

Farmakoterapevtik qrupu: Bitki mənşəli yerli qıcıqlandırıcı dərman vasitəsi.

АТС kodu: R05X.


Farmakoloji xüsusiyyətləri:
Yerli qıcıqlandırıcı, yayındırıcı və antiseptik təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
- Baş ağrısı;
- Kəskin respirator xəstəliklərin kompleks müalicəsi;
- Qrip;
- Rinit;
- Zökəm;
- Başgicəllənmə;
- Həşərat sancmaları zamanı simptomatik müalicə məqsədi ilə.

 

Əks göstərişlər:
- Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
- Preparat istifada olunacaq nahiyədə dəri örtüyünün tamlığının pozulmuş olması və dəri xəstəliyinin olması.
- 2 yaşa qədər uşaqlar.
- Hamiləlik və laktasiya dövründə qadınlarda istifadə təcrübəsi olmadığı üçün məsləhət görülmur.

 

İstifadə qaydası və dozası:
Xaricə istifadə olunur. Baş ağrıları və başgicəllənmələr zamanı balzam gicgah və ənsə nahiyəsinə sürtülür.
Rinit və kəskin respirator xəstəliklər zamanı balzam burun pərlərinin dərisinə və gicgah nahiyəsinə sürtülür.
Həşərat sancmaları zamanı balzam sancılmış nahiyəyə sürtülür.

 

Əlavə təsirləri: Nadir hallarda allergik reaksiya ola bilər.

Doza həddinin aşılması: Bu günə qədər belə bir hal müşahidə olunmamışdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Digər dərmanlarla qarşılıqlı təsirinə rast gəlinməyib.

 

Xüsusi qeydlər:
Balzamın gözə, ağız və burunun selikli qişasına, dərinin zədələnmiş yerlərinə düşməsinə imkan vermak olmaz.
Uşaqlara həkim məsləhəti olmadan tətbiqi məsəhət görülmür.

 

Buraxılış forması: 4 q balzam, tənəkə qablarda. 1 qab içlik vərəqə ilə birlikdə karton qutuya qablaşlaşdırılr.
Saxlanma şəraiti: 15-25°C temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: “Danafa Farmasyutikal ASC”, Vyetnam.