ANTİ STRESS VL (sorma tabletlər)
İstifadəsi üzrə təlimat


Tərkibi:
Hər tabletə daxildir: Mentil izovalerat - 60 mq, Mentol.
Köməkçi maddələr: şəkər, kalsium stearat

 

Farmakoloji xüsusiyyətləri:
Mərkəzi sinir sisteminə QAYT-ergik reseptorlar vasitəsi ilə təsir edir. Təsirin neyrobioloji mexanizmi А1-adenozin və benzodiazepin reseptorlarına aqonistik (stimulə edici) təsiri, həmçinin QAYT-ın ifrazının asanlaşdırılması və geri sorulmasının zəifləməsinə əsaslanmışdır. Onun sinir siteminə goruyucu təsiri də məhz bu mexanizmlərlə əlaqədardır.
Təsir mexanizmi həmçinin həssas sinir uclarının qıcıqlandırılması nəticəsində baş verən reflektor reaksiyalarla əlaqədardır. Ağız boşluğunda selikli qişanın reseptorlarına təsiri nəticəsində enkefalinlər, endorfinlər, dinorfinlər, peptidlər və bir sıra başqa endogen fizioloji aktiv maddələrin sintezini stimulə edir.

 

Göstərişlər:
• Stress halları
• Gərginlik, qorxu hissi
• Xroniki yorğunluq sindromu
• Narahatçılıq, əsəbilik
• Müxtəlif mənşəli depressiyalar
• Predmenstrual sindrom
• İntensiv fəaliyyət, imtahanlar, sessiyalar dövrü
• Siqaret çəkməyi tərgitmə zamanı
• Alkoqolizm, anoreksiya, bulemink sindrom zamanı müalicəyə əlavə olaraq
• Yuxusuzluq
• Arıqlama proqramlarının tərkibində

 

Əlavə təsiri: Müşahidə olunmamışdır.

Dozalanma: Böyüklər 1 tabletdən gündə 2-4 dəfə, dilin altına goymaq. Tablet özü sorulur.


Buraxılış forması: 30 tablet.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.

 

İstehsalçı: Lammberg GmbH, Litzenburger 46, Berlin 10789, Almaniya