ENZİMİN – ENZYMİN (enterik örtüklü tabletlər)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 tabletin tərkibində 170 mq pankreatin (2040 TV Phr.Eur. Amilazanin, 2550 TV Phr.Eur. lipazanin, 170 TV Phr.Eur. proteazaların minimal aktivliyinə uyğun) və 80 mq simetikon vardır.
Köməkçi maddə: titan 4-oksid.

 

Farmakoloji xüsusiyyətləri:
Enzimin tərkibində mədəaltı vəzinin fermentləri və simetikon olan kombinə olunmuş preparatdır. Pankreatik fermentlər zülalların, karbohidratların və yağların parçalanmasında iştirak edərək, onların nazik bağırsaqda tam sorulmasını təmin edirlər. Bu fermentlər mədəaltı vəzinin xəstəlikləri zamanı onun xarici sekresiya funksiyasının çatışmazlığını kompensə edərək həzm prosesini yaxşılaşdırır, mədədə ağırlıq hissini aradan qaldırırlar. Simetikon səthi aktiv maddə olub MBT da olan qaz qabarcıqlarının səthi gərilməsini azaldaraq onların partlamasına səbəb olur. Qabarcıqlardan azad olan sərbəst qazlar bağırsaqlar tərəfindən mənimsənilir və ya fizioloji yolla xaric edilir. Enzimin tabletlərinin örtüyü fermentlərin mədə turşuluğunun təsirindən parçalanmadan bağırsaqlarda aktivliyini qoruyub saxlamasını təmin edir.

 

İstifadəsinə göstərişlər:
- mədəaltı vəzinin xarici sekresiya funksiyasının çatışmazlığı: meteorizm, mukovissidoz, xronik pankreatit, aerofaqiya;
- qida mənimsənilməsinin pozulması (mədənin, bağırsaqların rezeksiyasından sonra yaranan vəziyyət, qidanın bağırsaqlardan keçməsinin tezləşməsi);
- qarın boşluğu üzvlərinin diaqnostik müayinələrindən qabaq meteorizmi aradan qaldırmaq üçün (rentgen, USM);
- bağırsaqların anadangəlmə ferment çatışmazlıqları (seliakiya, inək südünün mənimsənilməməsi).

 

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksəlmiş həssaslıq.

 

Xüsusi göstərişlər:
Ehtiyac olarsa hamiləlik və laktasiya dövründə istifadə edilə bilər. Uşaqlarda effektivliyinə dair məlumatlar olmadığından bu yaş qrupunda istifadəsi məqsədəuyğun deyil.

 

Istifadə qaydası və dozası:
Enzimin hər yemək zamanı 1-2 tablet olmaqla çeynənmədən daxilə qəbul edilir. Diaqnostik müayinədən əvvəl 2 gün ərzində hər yemək zamanı 2 tablet daxilə qəbul edilir.                             |

 

Əlavə təsirləri:
Enzimin preparatı adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Çox nadir hallarda ürəkbulanma, qusma, allergik reaksiyalar baş verə bilər. Doza artıq olduqda işlədici effekt mümkündür.

Gözlənilməz effektlər meydana çıxarsa həkimə müraciət edin.  

 

Buraxılış forması: 20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25'C-dən aşağı temperaturda öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qutunun üzərində göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Münir Şahin ilaç Sanayi və Ticarət A.Ş.Kartal / Istanbul.