VİTALİTİ QOLD (polivitamin kompleksi)


Tərkibi:

1 kapsul ibarətdir:

Vitamin A - 5000 BV; Vitamin D3 - 400 BV; Inozitol - 40 mq; Molibden - 0,2 mq; Vitamin E - 30 mq; Yod - 0,15 mq; Vitamin Bl - 5 mq; Mis - 1 mq;  Vitamin B2 - 5 mq; Manqan - 1 mq; Vitamin B6 - 0,5 mq; Sink - 1,2 mq; Vitamin B12 - 1 mkq; Kalium - 5 mq; Vitamin C - 75 mq; Maqnezium - 6 mq; Fol turşusu - 1 mq; Dəmir - 10 mq; Kalsium pantotenat - 5 mq; Kalsium Fosfat - 300 mq; Nikotinamid - 25 mq; Saflor yağı - 200 mq; Biotin - 0,015 mq.

 

VİTALİTİ QOLD orqanizmin normal həyat fəaliyyətini maksimal səviyyədə qoruyan və saxlayan vitaminlərin, mineralların tam və balanslaşdırılmış kompleksidir. VITALITI QOLD-un tərkibinə daxil olan saflor yağı vitamin və mineralların təsirini artırır və gücləndirir. O, kompleks aktiv maddələrdən (doymamış yağ turşuları - linol, olein, palmitin,stearin) ibarət olub, orqanizmin müxtəlif fünksiyalarına müsbət təsir göstərir, belə ki, qanda xolestrolun səviyyəsini azaldır, ürək-damar sisteminin, qaraciyərin, beynin funksiyalarına müsbət təsir göstərir.


VİTALİTİ QOLD-un bir həbi:
Orqanizmin vitamin və mikroelementlərə gündəlik tələbatını tam ödəyir, immuniteti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, zərərli vərdişlərin nəticəsindən, qeyri əlverişli ekologiyanın təsirindən qoruyur, yüksək emosional, fıziki və əqli gərginlik zamanı orqanizmə kömək edir, həyat keyfıyyətini artırır.

 

Hansı hallarda VİTALİTİ QOLD-u qəbul etmək lazımdır:
Hipovitaminozun, avitaminozun, mineral maddələrin və mikroelementlərin çatışmazlığının profilaktikası və aradan qaldırılması; antibiotikterapiya və kimyaterapiya zamanı və onlaradan sonraki dövründə; intensiv aqli və fıziki gərginlik zamanı, keçirilmiş xəstəlikdən sonra sağalma dövründə, az və balanslaşdırılmamış qidalanma zamanı.

 

Əlavə təsirləri: hiperhəssaslıq.

 

Əks göstəriş: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq,: hipervitaminoz A.

 

Tövsiyyə olunan doza:
Böyüklərə və 12 yaşdan böyük uşaqlara - gündə 1 həbdən yeməkdən sonra.
Bioloji aktiv dietik əlavədir (food supplement), qida əvəzedicisi deyil. Tövsiyyə olunan dozanı aşmaq məsləhət deyil.

 

Saxlanılması: 15-30°C tempraturda quru və sərin, uşaqlardan uzaq yerdə saxlamalı.
Apteklərdən buraxılma şərti: reseptsiz satılır.

Qablaşdınlması: 24 ədəd yumşaq jelatin kapsul

 

Istehsalçi: PHARCO Pharmaceuticals, Alexandria, Egypt.