TONZİLAMİN-AF (boğaz və ağız üçün məhlul)

 

Tərkibi:
100 ml məhluida vardır: Benzidamin hidroxlorid - 150 mq.
Köməkçi maddələr: nipagin, mentol, natrium saxarinat, natrium bikarbonat, qliserin, etanol 96%, rəngləyici, distillə suyu.

 

Farmakoloji təsiri:
Qeyri steroid iltihab əleyhinə preparatdır. İltihab əleyhinə və ağrıkəsici təsir göstərir. Təsir mexanizmi hüceyrə membranını möhkəmləndirmək, tsiklooksigenaza fermentini inhibasiya edib, prostaqlandinlərin sintezini
pozmaqla bağlıdır. Preparatın ağrıkəsici effekti daha çox iltihabla bağlı ağrılarda müşahidə olunur.
Aspirinəbənzər preparatlarla kombinə olunmuş şəkildə istifadə etdikdə qızdırmasalıcı təsir də göstərir.

Farmakokinetika:
Preparatı yerli istifadə etdikdə, selikli qişadan yaxşı absorbsiya olunur və tez bir müddətdə iltihabi proses gedən toxumaya keçir və orada iltihab əleyhinə və yerli ağrıkəsici təsir göstərir.

 

İstifadəsi:
Ağız boşluğu və boğazın iltihabi xəstəlikləri:
- tonzillit, angina, faringit, laringit;
- gingivit, qlossit, stomatit (həmçinin şüa və kimyəvi terapiyadan sonra);
- parodontoz, periodontal xəstəlikləri;
- kandidoz (kombinə olunmuş müalicənin tərkibində);
- dişlərin konservativ müalicəsində və diş çəkilişindən sonrakı dövr üçün müalicəyə əlavə vasitə;
- zədələrdə və cərrahi əməliyyatdan sonrakı müaiicədə köməkçi vasitə kimi (tonzillektomiya, çənə sınıqları);
- tüpürjək vəzilərinin kalkulez iltihabı.

 

İstifadə qaydası:
Ağrını azaltmaq üçün preparatdan 15 ml (1 xörək qaşığı) götürüb boğaz və ya ağız boşluğu 30 saniyə ərzində qarqara edilir. Hər 1.5-3 saatdan bir təkrarlanır. Preparat əsasən qatı şəkildə istifadə edilir. Əgər yandırıcı təsir müşahidə olunsa, su ilə durulaşdırıb istifadə etmək oiar.

 

Əlavə təsiri:
Yerli reaksiyalar: ağız boşluğuna yandırıcı təsir göstərməsi, toxumaların keyləşməsi, ağızda quruluq.
Sairə: yuxulu vəziyyət, allergik reaksiyalar.

 

Əks göstərsş:
- benzidaminə qarşı yüksək həssaslıq;
- 12 yaşa qədər uşaqlar.

 

Xüsusi göstəriş:
İnfeksion iltihabi xəstəliklər zamanı preparat kombinə olunmuş formada istifadə olunmalıdır. Əgər preparatı istifadə etdikdə yandıncı effekt alınırsa, onda onu su ilə durulaşdırmaq lazımdır.

 

Buraxılış forması: 120 ml-lik flakonlarda, təlimatla birlikdə qutuda.
Buraxılış şərti: Reseptsiz buraxılır.
Saxlanılma şəraiti: 15-30°C temperaturda, işıqdan və donmadan qorumaqla.
Yararlılıq müddəti: 3 il.

 

Istehsalçı: «Azərfarm» MMC, Azərbaycan resp., Bakı ş., Bakıxanov qəs., Bünyadov küç., 14.