FLUBER - 150
Dərman vasitəsinin istıfadəsi üçün təlimat

 

Tərkibi:
Aktiv maddə: Flukonazol 150 mq:
Köməkçi maddələr: stearin turşusu, natrium kroskarmeloza, laktoza monohidrat, mikrokristalitik sellüloza, bərk jelatin kapsula N1 (tərkibində titan dioksid E171 rəngləyici saxlayır)

 

Farmakoterapevtik qrup: Sistemli istifadə üçün göbələkəleyhinə vasitə. Triazol törəməsi.
Kod ATC: J02A COl.


Farmakoloji xüsusiyyətlər:
Flukonazol triazol qrupundan olan göbələk əleyhinə vasitədir. Göbələk membranın əsasını təşkil edən erqosterolun sintezini ingibə etməklə fungisid təsir göstərən preparatdır. Nəticədə, göbələk membranı öz tamlığını itirir və göbələk hüceyrəsi büzüşərək məhv olur.
FIuber-150 geniş spektrli və yüksək spesifık təsirə malik göbələk əleyhinə vasitədir.Əksər səthi və invaziv mikozların törədicilərinə  qarşı  aktivdir:  Candida spp.,  Microsporum  spp.,  Cryptococcus neoformans,  Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və Histoplasma caspsulatum. Göbələk fermentlərinə qarşı yüksək spesifık təsir göstərir.Aspergillus növü tərəfindən törədilən göbələk infeksiyalarına qarşı flukonazol molekulu effektli deyil.
Farmakokinetika:
Peroral qəbuldan sonra flukonazol MBS tərəfindən yaxşı sorulur və preparatın tam biomənimsənilməsi   90%-ə çatır.
Eyni vaxtda qida qəbulu preparatın absorbsiyasına mane olmur və mədənin PH-ı təsir etmir. 0,5-1,5 saatdan sonra plazmada konsentrasiyası ən yüksək həddə çatır. Sutkada 1 dəfə istifadə etdikdə 4-5 gündən sonra konsentrasiyası tarazlaşır. (90% səviyyəsində) Müalicənin ilk günü zərbə dozası təyin olunarsa ,(adi haldan 2 dəfə artıq dozada), flukonazolun yuxarıda qeyd olunan konsentrasiyasını ikinci gün müşahidə etmək olar.Plazmada konsentrasiyası proporsional dozadadır. 200 mq flukonazol qəbul etdikdən sonra plazmada maksimal konsentrasiyası təqribən 4,6 mq/1 təşkil edir, plazmada tarazlıq konsentrasiyası 15 gündən sonra-10 mq/l-ə bərabər olur. 400 mq flukonazol qəbul etdikdən sonra plazmada maksimal konsentrasiyası təqribən 9mq/l, plazmada tarazlıq konsentrasiyası 15 gündən sonra təqribən 18 mq/l-ə bərabər olur. Flukonazol orqanizmdə bütün mayelərdə rast gəlinir və HEB asanlıqla keçir. Preparatın plazma zülalları ilə birləşməsi 11-12%-ə bərabərdir. Buynuz qişada, epidermisdə flukonazolun konsentrasiyası plazmadakından yüksəkdir. Flukonazol dərinin buynuz qatında kumulyasiya olunur. Qaraciyərdə metabolizmə uğramır. Əsasən böyrəklərlə xaric olunur. Qəbul olunan dozanm 80%-i sidiklə dəyişilməmiş formada xaric olur. Yarımçıxarılma dövrü 30 saatdır. Flukonazolun yarımçıxarılma dövrü uşaqlarda böyüklərə nisbətən tezdir. Uşaqlarda və yeniyetmə dövründə (5-15 yaş) yarımçıxarılma dövrü 15,2-17,6 saatdır. Plazmadan yarımxaricolma dövrünün uzunmüddətli olması vaginal kandidozda preparatın birdəfəlik qəbuluna və digər göstərişlərdə gündə 1 dəfə və ya həftədə 1 dəfə istifadəsinə imkan yaradır.

 

Göstərişlər:
- genital kandidoz, vaginal kandidoz (kəskin və xroniki residiv verən), kandidoz balaniti
- antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə
- dəri mikozları, bədənin mikozları, pəncənin mikozu, qasıq mikozu, onixomikoz, dəri kandidozu
- immuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profılaktikası məqsədilə yayılmış kandidoz, kandidemiya, disseminə olunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yolları kandidozu)
- selikli qişalarm, eyni zamanda ağız boşluğu, udlaq, qida borusunun kandidozu, qeyri-invaziv bronx-ağciyər kandidozu, kandiduriya, diş protezlərinin hesabına yaranan ağız boşluğunun atrofık kandidozu
- kriptokokkoz, kıiptikokk meningiti və başqa kriptokokklar
- sistem kandidozlar
- dərin endemik mikozlar

Dozalanma rejimi: Fərdidir.

FIuber-150 gündəlik dozası infeksiyanın təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur. Vaginal kandidozda Fluber-150 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun residivlərinin qarşısını almaq üçün FIuber-150 ayda 1 dəfə 150 mq qəbul olunur. Müalicə müddəti fərdidir 4-12 ay.

Kandidozun profilaktikası üçün Fluber-150 50-400 mq olmaqla gündə bir dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur. Ağız boşluğunun və udlağın kandidozunda preparat gündə 1 dəfə 50-100 mq dozada təyin edilir. Müalicə kursunun müddəti 7-14 gündür.

Pəncə, qasıq nahiyəsi, dəri mikozlarında Fluber-150 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə Fluber-150 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur.

Onixomikozda preparat 150 mq olmaqla həftədə 1 dəfə, dırnaq sağalana qədər qəbul edilir. Kəpəklənən dəmrovun müalicəsində məsləhət görülən doza 50 mq olmaqla gündə 1 dəfə təyin edilir. Müalicə kursunun müddəti 2-4 həftədir.

Yayılmış kandidoz və digər invaziv kandidozlarda FIuber-150 ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə kliniki effektdən asılı olaraq davam etdirilir.

Sistem kandidozlarda həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.
Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarında birinci gün 400 mq, sonrakı günlər isə 200-400 mq olmaqla gündə 1 dəfə təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır.
Yaşlı insanlarda. Əgər böyrəyin funksiyası pozulmayıbsa, flukonazol adi qaydada təyin olunur. Böyrəyin funksiyası pozulmuş xəstələrdə flukonazolun təyini adi qaydadakı təyinatdan aşağı olmalıdır. (kreatin klirensi <50ml/min)
Böyrək funksiyası pozulmuş xəstələrdə qəbul qaydası. Flukonazol adətən dəyişilməmiş halda böyrəklər vasitəsilə atılır. Birdəfəlik qəbul zamanı dozanı dəyişməyə ehtiyac yoxdur.
Göstərişdən asılı olaraq flukonazol böyrək funksiyası pozulmuş xəstələrdə aşağıdakı cədvəl üzrə qəbul olunur.

Keratinin klirensi (ml/min)

Məsləhət görülmüş. dozanın faizi

<50

100%

11-50 (dializsiz)

50%-hər 24 saat, və ya 100%-hər 48 saat

Xroniki hemodializdə

Hər dializ prosedurundan sonra 100%

 

Doza artıqlığı əlamətləri: Qallyusinasiya, ürəkbulanma, qusma, diareya.

Müalicə:
Flukonazol əsasən böyrəklər vasitəsilə atıldığından sürətləndirilmiş diurez preparatın atılmasını sürətləndirə bilər.

 

Əlavə təsiri:
Ürək bulanma, qarın nahiyəsində ağrılar, meteorizm, az hallarda allergik reaksiyalar rast gəlinir. MSS: baş ağrısı, nadir hallarda-qıcolmalar, baş gicəllənmə, paresteziya, tremor.
Dəri və onun törəmələri: alopesiya, səpgi, qaşınma,polimorf eritema, toksiki epidermal nekroliz, Stivens-Jonson sindromu.
Mədə-bağırsaq sistemi: ürəkbulanma,qusma,qarında ağrı,diareya,dispepsiya.
Qan və limfa sistemi: leykopeniya,neytropeniya və aqranulositoz daxil olmaqla, trombositopeniya.
İmmun sistem: anafılaksiya, angionevrotik şiş daxil olmaqla, üz şişkinliyi və dəri qaşınması, örə.

 

Ürək sistemi:
QT intervalının uzanması, ventrikulyar aritmiya.

 

Əks göstəriş:
Flukonazola və digər azol birləşmələrinə qarşı hiperhəssaslıq Flukonazol qəbul edən xəstələrdə sizaprid, terfenadin, astemizol, pimozid və xinidinin eyni vaxtda qəbulu qadağandır.

 

Xüsusi göstərişlər:
Hamiləlik zamanı istifadəsi məqsədə uyğun deyil. Yalnız hamilə qadının həyatı üçün təhlükə törədən ağır göbələk infeksiyaları istisna olmaqla. Laktasiya zamanı Fluber-150 təyini məsləhət görülmür. Qaraciyər funksiyaları pozulmuş xəstələrdə ehtiyatla işlətmək lazımdır.
Kumarin antikoaqulyantları ilə birlikdə işlədildikdə protrombin müddəti nəzarətdə saxlanılmalıdır.
Rifampisilinlə birgə işlədildikdə preparatın dozası artırılmalıdır.
Preparat oral kontraseptivlərin effektinə təsir etmir.

 

Buraxılış forması: Qutuda 1 ədəd kapsul flukonazol 150 mq.
Saxlanılma qaydası: 25°C temperaturdan yuxarı olmayan və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Saxlanılma müddəti: 3 il.


İstehsalçı: Apoteks ink/Apotex İnc. 150 Signet Drayv, Toronto, Ontario, M9L, 1T9, Kanada.