KLOTRİMAZOL - CLOTRIMAZOL (vaginal suppozitoriylar)
Beynəlxalq patentləşdirilməmiş adı: Clotrimazole

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 100 mq Klotrimazol vardır.
Köməkçi maddələr: yarımsintetik qliseridiər

 

Farmakoterapevtik qrupu: Antifunqal (göbələk əleyhinə) preparat.

 

Farmakoloji xüsusiyyətləri:
Klotrimazol - geniş təsir spektrli göbələk əleyhinə preparatdır. Antibakterial, trixomonasid və göbələk əleyhinə təsir göstərir.

Farmakodinamikası:
Preparat aşağıda göstərilən mikroorqanizmlərə qarşı aktivdir:
Dermofitlər (Trichophyton rubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), mayabənzər və kif göbələklər( Candida nəslindən, Torulopsis glabrata, Rhodotorula nəslindən);
Malassezia furfur; qrammüsbət (Corynebacterium minutissimum, Staphylococcus spp., Streptococcus spp.) və qrammənfi bakteriyalar (Bacteroides, Gardnerella vaginalis); Trichornonas vaginalis.Göbələk əleyhinə təsiri göbələk membranının pozulması və keçiriciliyinin dəyişilməsi
əlaqədərdir; bunun nəticəsində hüceyrə məhv olur.

Farmakokinetikası:
Intravaginal yeritmə zamanı dozanın 3-10%-i absorbsiya olunur. Qaraciyərdə qeyri-aktiv metabolitlərə qədər tez biotransformasiya olunur və nəcislə xaric olur. Vaginal ifrazatında yüksək, qanda cüzi konsetrasiyası 48-72 saat ərzində saxlanılır.

 

İstifadəsinə göstərişiər:
Dermofıtlərlə, kif və maya göbələkləri ilə törənən genital infeksiyalar (kandidoz vulvovaginit, infeksion leykoreya, trixomonad vaginit və s.); vaginal bakterial super infeksiyalar, doğuşdan öncə doğuş yollarının sanasiyası; cərrahi əməliyyatdan öncə və sonra ginekoloji infeksiyaların profilaktikası.

 

Əks göstərişlər:
Klotrimazola qarşı hiperhəssaslıq, hamiləliyin 1-ci trimestri. Müalicə ərzində laktasiya dayandırılır.

 

Xüsusi göstərişiər:
Yerli reaksiyalar əmələ gəldikdə müalicə dayandırılır. Əgər 4 həftə ərzində klinik yaxşılaşma qeyd olunmursa, o zaman diaqnozu dəqiqləşdirmək üçün mikrobioloji müayinələr keçirilməlidir. Reinfeksiyaların qarşısını almaq üçün cinsi tərəfdaşlann müalicəsi birgə aparılmalıdır. Trixomoniaz zamanı preparat ilə birgə sistem kimya-terapevtik vasitələrin (metronidazol daxilə) qəbulu tövsiyə edilir. Menstruasiya zamanı preparat istifadə olunmur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Göbələk əleyhinə digər preparatların klotrimazol ilə birgə istifadəsində onların effektivliyi azalır. Deksametazon yüksək dozalarda klotrimazolun göbələk əleyhinə təsirini tormozlayır. Amfoterisin B, nistatin ilə birgə istifadə edildikdə klotrimazolun aktivliyi azalır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Eksperemental müayinələr zamanı müalicəvi dozalarda istifadə edildikdə embriotoksik təsir qeyd olunmayıb. Klotrimazolun hamiləliyin 1-ci trimestrində istifadəsi tövsiyə edilmir. Müalicə zamanı ana südü ilə qidalandırma dayandırılır.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Müalicə zamanı sürətli reaksiya tələlb edən fəaliyyətə, potensial təhlükəli mexanizmləri və nəqliyyat vasitələrini idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydasi və dozası:
Preparat intravaginal istifadə edilir.
Böyüklər: 6-7 gün ərzində gündə 1 dəfə (yatmazdan əvvəl), 100 mq (1 suppozitoriya.) Müalicə kursunu xarici genital orqanlara klotrimazol kreminin istifadəsi ilə birgə aparılması tövsiyə olunur. Ehtiyac olduqda müalicə kursunu təkrarlamaq olar. Doğuş yollarının sanasiyası üçün preparat birdəfəlik istifadə edilir.

 

Əlavə təsirləri:
intravaginal yeritmə zamanı - selikli qişalarının hiperimiya və ödemi, qaşınma, yandırma.

 

Doza həddinin aşılması:
Preparatın cüzi absorbsiyası ilə əlaqədər doza həddinin aşılması intravaginal yeridilmə zamanı çox az mümkündür.

 

Buraxılış forması: Vaginal suppozitoriylar. 6 suppositoriya, PVX blisterlərdə. 1 blister (6 suppozitoriya) içlik vərəqə ilə birlikdə karton qutuya yesiəşdirilir.
Saxlanma şəraiti: 15-25°C temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

Istehsalçı: FARMAPRİM SRL MD-2028, Moldova Respublikası, Kişinev şəh., Q. Tudor küç., 3