BRUMİKSOL - BRUMİXOL (vaginal krem və ovul (qovuqcuqlar))
Beynəlxalq patentləşdirilməmiş adı: Ciclopirox olamine
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Vaginal krem:
Təsiredici maddə: 100 q kremin tərkibində 1 q siklopiroks olamin vardır.
Köməkçi maddələr: 2-oktildodekanol, maye vazelin, setil spirti, stearil spirti, miristil spirti, kokos yağı turşularının dietanolamidi, polisorbat 60, sorbitan-mono-stearat, benzil spirti, süd turşusu, təmizlənmiş su.
Vaginal ovul:
Təsiredici maddə: 1 ovulda 0,1 q sikiopiroks olamia vardır.
Köməkçi maddələr: bərk yarımsintetik qliseridlər polioksietilenqlikol stearat, benzoy turşusu.

 

Farmakoterapevtik qrupu: Ginekoloji istifadə üçün antimikrob və antiseptik dərman vasitəsi.
ATC kodu: G01AX12

 

İstifadəsinə göstərişlər: Vulvo-vaginal kandidozlar.

Əks göstərişlər: Siklopiroks olaminin təsirinə qarşı yüksək fərdi həssaslıq.

 

Ehtiyat tədbirləri:
Əgər hiperhəssaslıq reaksiyaları baş verərsə və ya qeyri-həssas göbələklər artıb çoxalarsa preparatla müalicə dayandırılmalı və uyğun müalicə aparılmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyildir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Preparat hamiləlik və laktasiya dövründə yalnız zərurət yarandıqda və ciddi həkim nəzarəti altında istifadə olunmalıdır. Menstrual dövrdə preparatın istifadə olunması məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

 

İstifadə qaydası və dozası:
Krem: Gündə 1 dəfə, əsasən yatağa gedərkən applikatorun köməyilə bir doza krem uşaqlıq yoluna yeridilir. Kremin bütünlükdə uşaqlıq yoluna və ona yaxın nahiyələrə sürtülməsi məqsədəuyğundur.
Ovulllar: ən azı 3 gün (ardıcıl) müddətində gündə 1 dəfə, 1 ovul, əsasən yatağa gedərkən uşaqlıq yolunun dərinliyinə yeridilir.

 

Müalicə müddəti:
Krem: Həkimin təyinatına uyğun olaraq ən azı 6-7 gün, maksimum 14 gün.
Ovullar: Maksimum 6 gün və ya infeksiyanın ağırlığından asılı olaraq həkimin göstərişinə əsasən.

 

İstifadə üçün təlimat:
a) başlığın plastik ucu ilə tubun ağzını deşin
b) applikatoru açıq tuba geydirin
c) applikator tam dolana qədər tubu sıxın
d) applikatoru tubdan ayırıb uşaqlıq yolunun dərinliyinə yeridin

Bunu uzanıqlı vəziyyətdə ayaqları azacıq qatlayaraq etmək daha məqsədəuyğundur. Sürgü qolu (porşen) ilə itələyərək applikatorda olan kremi o, tam boşalana qədər uşaqlıq yoluna daxil edin.

 

Əlavə təsirləri:
Preparat adi dozalarda istifadə olunduqda orqanizm tərəfindən yaxşı qəbul edilir: lakin çox nadir hallarda müvəqqəti qaşınma və qıcıqlanma törədə bilər. Xüsusilə uzun müddət yerli təsirindən istifadə edildikdə həssaslığı yüksəldə bilər. Əgər hiperhəssaslıq reaksiyaları baş verərsə və ya qeyri-həssas göbələklər artıb çoxalarsa preparatla müalicə dayandırılmalı və uyğun, müalicə aparılmalıdır. Müalicə müddətində yuxanda qeyd edilən və edilməyən hər hansı əlavə təsir baş verərsə xəstə dərhal həkimə və ya əczaçıya müraciət etməlidir.

 

Doza həddinin aşılması:
Doza həddinin aşılması hallan haqqında məlumat yoxdur.

 

Buraxılış forması: 1 %-li vaginal krem, 30q-lıq və ya 78 q-lıq tublarda applikator və içlik vərəqə ilə birlikdə qutuya qablaşdırılır. Hər biri 2,7 q olan 6 vaginal ovul içlik vərəqə ilə birlikdə qutuya yerləşdirilir.

Saxlanma şəraiti: 25°C -dən yuxan olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Ovulları soyuducuda saxlamaq tövsiyə olunur.
Yararlılıq müddəti: Yararlılıq müddəti yerləşdirildiyi qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Həkim resepti əsasında buraxılır.

 

İstehsalçı: BRUSCHETTİNİ S.r.l.-Genova (İtaly).