“MARSİANÇİKİ” - «МАРСИАНЧИКИ» (sirop, portağal dad ilə)

 

Tərkibi:

Aktiv maddələr:

Gündəlik dozanın tərkibi.

Miqdar / 5ml

Gündəlik doza %

Miqdar / 10ml

Gündəlik doza %

Beta-qlükan

10.0mq

-

20.0mq

-

Bioflavonoidlər

30.0mq

-

60.0mq

-

Vitamin C

25.0mq

31

50.0mq

63

Sink

4.0mq

40

8.0mq

80

Vitamin A

120.0mkg

15

240.0mkg

30

Vitamin B1

0.5mq

46

1.0mq

91

Vitamin B2

0.8mq

57

1.6mq

114

Vitamin B3

9.0mq

56

18.0mq

113

Vitamin B5

3.0mq

50

6.0mq

100

Vitamin B6

0.7mq

50

1.4mq

100

Vitamin B12

0.7mkg

28

1.4mkg

56

Vitamin D3

1.5mkg

30

3.0mkg

60

Vitamin E

5.0mq

42

10.0mq

83

Biotin

20.0mkg

40

40.0mkg

80

Fol turşusu

50.0mkg

25

100.0mkg

50

Yod

70.0mkg

47

140.0mkg

93

PABT

50.0mkg

-

100.0mkg

-

İtburnu ekstraktı

5.0mq

-

10.0mq

-

Lizin hidroxlorid

10.0mq

-

20.0mq

-

 

Köməkçi maddələr: Distilə olunmuş su, natrium L-askorbatı, limon turşusu, bioflavonoidlər, sink glükonat, portağal aromatizatoru, lizin hidroxlorid, polisorbat 80, beta qlükan, karboksimetilselüloza, nikotinamid, D-alfa tokoferol asetat, itburnu ekstraktı, kalsium pantotenat, piridoksin hidroxlorid, riboflavin, sianokobalamin, tiamin hidroxlorid, xolekalsiferol, retinol asetat, kaliurn yodid, fol turşusu, para-aminobenzoy turşusu, D-biotin.

 

Xüsusiyyətləri:
Marsiançiki siropu - uşaqlar üçün nəzərdə tutulmuş, xüsusi vitamin və mineral kompleksidir. Siropun tərkibindəki vitamin və minerallar uşaq orqanizminin sağlam boy artımı və inkişafı üçün həyati vacib əhəmiyyət daşıyır. Bu vitamin və mineralların miqdarı gündəlik normaya uyğundur. Bundan əlavə, preparatın tərkibində A komponentdən ibarət uşaq orqanizminin təbii müqavimətini (immun sistemini) artıran unikal İmmunoaktiv kompleksi var: Beta qlükan, Biofiavonoldlər, Vitamin C və Sirik. Marsiançiki siropunun tərkibinə daxil olan vitamin, mineral və digər aktiv komponentlər böyüyən uşaq orqanizmi üçün zəruri və çox faydalıdır. Bununla yanaşı tərkibinə rəngləyici, dadlandırıcı, aleyron turşusu və digər allergenlər daxil olmadığı üçün bu multivitamin siropu tamamilə təhlükəsizdir. Xoşagələn dadı vardır və bir yaşdan başlayaraq uşaqlara istifadə etmək olar.

 

Effektləri:

  • İmmunaktiv kompleks uşağın təbii müqavimətini artırır;
  • Uşağın sağlam böyüməsini və düzgün inkişafını təmin edir;
  • İştahanı artırır;
  • Sağlam diş, dəri, dırnaq və sümüklər üçün vacibdir;
  • Aktiv fiziki, əqli inkişaf və sağalma dövründə məsləhət görülür.

 

Göstərişlər:

  • Hipo- və avitaminozların profilaktika və muəlıcəsi.
  • Uşaqların boy atma və ümumi inkişaf dövrü.
  • Sümük toxumasının formalaşma dövrü.
  • Xroniki mədə-bağırsaq xəstəlikləri.
  • Hıpotrofiya və ya bədən çəkisinin itkisi.
  • Tam dəyərli olmayan qidalanma zamanı.
  • İştahanın azalması.
  • Raxit və distrofiyanın profilaktika və müalicəsi.
  • Sinir sistemi tərəfindən olan dəyişikliklər: nevritlər, polinevritlər, paresteziyalar;
  • Uzunmüddətli antibiotikoterapiya;
  • Əqli və fiziki aktivliyin zəifləməsi;
  • Hemorragik diatez;
  • Dəmir defisitli, hipoxrom və digər anemiyalar;
  • Revmatizm;
  • Vərəm;
  • Yanıq, yara və sınıqların müalicəsi zamanı sağalma və regenerasiya proseslərini sürətləndirmək məqsədi ilə;
  • Dəri və selikli qişaların müxtəlif xəstəlikləri zamanı (süd yarası, dermatozlar);
  • Bir çox xəstəliklərin kompleks müalicəsində (antioksidant, immunomodulyator kimi).

 

Xəbərdarlıq:
İstifadədən əvvəl yaxşı çalxalamaq lazımdır! Gündəlik məsləhət görülən dozanı artırmaq olmaz. Sağlam qida və pəhriz zamanı tam dəyərli qida əlavəsi kimi istifadə etmək olmaz. Preparat quru, qaranlıq, uşaqlar üçün əlçatmaz yerdə, 10-15°C arası şəraitdə saxlanılmalıdır. Donmadan və düz düşən günəş şualarından qorumaq lazımdır. Preparat 1 yaşdan yuxarı, yeniyetmə və böyük uşaqlar üçün istifadə oluna bilər. Flakon açıldıqdan sonra 2 ay ərzində istifadə oluna bilər.

 

Qəbul qaydası və doza:
1 yaşdan böyük uşaqlara 1 ç.q. (5 ml) gündə 1 dəfə yeməkdən sonra. 2 yaşdan yuxarı və böyük uşaqlara 2 ç.q. (10 ml) -dən başlayan dozadan gündə 1 dəfə yeməkdən sonra vermək olar. Daha düzgün dozalanması üçün ölçü qaşığından istifadə edə bilərsiniz.

 

Əks göstərişlər: Preparatın hər hansı bir komponentinə qarşı individual həssaslıq. Fenilketonuriya.

 

Buraxılış forması: Sirop 150 ml, portağal dadı ilə.

Istifadə müddəti: Istifadə müddətinin son tarixi qabın üzərində göstərilib (EXP).
Apteklərdən reseptsiz satılır.

 

İstehsalçı: Walmark, a.s., Ciclfichovice 44, 739 51 Trinec, Czech Rapublic W6235/L/01/RUS-AZ