SULFASİL (200 mq/ml və ya 300mq/ml göz damcısı)
Beynəlxalq patentləşdirilməmiş adı: Sulfasetamid - Sulfacetamide
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% maddəyə görə hesablandıqda 200 mq və ya 300 mq natrium-sulfasetamid olur.

Köməkçi maddələr: natrium tiosulfat, 1 M xlorid turşusu məhlulu (pH 8,0-ə qədər), inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu: Oftalmologiyada istifadə olunan antibakterial maddə.

 

Farmakoloji xüsusiyyətləri:
Sulfasil qrammüsbət və qrammənfi bakteriyalara: streptokokklara, pnevmokokklara, qonokokklara, bağırsaq çöpünə, xlamidiyalara, aktinomisetlərə münasibətdə bakteriostatik effekt göstərir. Preparatın təsir mexanizmi para-aminobenzoy turşusu ilə (PABT) konkurent antoqonizm təşkil etməsi və dihidropteroatsintetaza fermerstinin konkurent dəf olunması ilə bağlıdır (nəticədə purin və pirimidin əsaslarının sintezi üçün lazını olan tetrahidrofol turşusunun sintezi pozulur. Nəticədə bakteriya hüceyrəsinin nuklein turşularının (DNT və RNT) sintezi pozulur və onların çoxalması ləngiyir.

 

İstifadəsinə göstərişlər:
Preparata qarşı həssas bakteriyalar tərəfindən törədilən gözün infeksion-iltihabı xəstəlikləri: konyunktivitlər, blefaritlər, buynuz qişanın irinli yaraları, gözün böyüklərdə və uşaqlarda süzənək (qonoreya) xəstəliyi. Yenidoğulmuşlarda blennoreyanın profilaktikası.

 

Əks göstərişlər:
Anamnezdə   preparatın   tərkib   komponentlərinə   və   sulfanilamidlərə   qarşı hiperhəssaslığın olması.

 

Ehtiyat tədbirləri:
Diqqət! İstifadəyə başlamadan əvvəl flakonun qapağını bərk bağlamayın! İlk dəfə istifadədən qabaq flakonun qapağını bərk burub bağlayın. Bu zaman qapağın iç tərəfində olan çıxıntı dəlik açır. Istifadədən bilavasitə qabaq preparatı bədən temperaturuna qədər isitmək üçün flakonu ovucunuzda saxlayın. Qapağı burub açın, flakonun korpusuna yavaşca basaraq məhlulu gözə tökün. Preparatdan istifadə etdikdən sonra flakonun qapağını burub bərk bağlayın. Bu flakon 28 gün ərzində istifadəyə yararlı hesab olunur.
Furosemidə, tiazid diuretiklərinə (hidroxlortiazid), sulfonil karbomid törəmələrinə (qlibenklamid), karboanhidrazanın inhibitorlarına (diakarb) qarşı hiperhəssaslığı olan xəstələr Sulfasil preparatına qarşı da hiperhəssas ola bilərlər. Həkiminizlə məsləhətləşmədən preparatı müəyyən olunmuş müddətdən çox istifadə etməyin!

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Əgər Siz hər hansı digər dərman maddəsi qəbul edirsinizsə, Sulfasil preparatından istifadənin mümkünlüyü haqqında həkiminizlə məsləhətləşin! Novokain, dikain, anestezinlə birlikdə istifadə edildikdə Sulfasilin bakteriostatik effekti zəifləyir; difenin, PAST, salisilatlar Sulfasilin toksikliyini gücləndirir; dolayı təsirli antikoaqulyantlarla birlikdə istifadə olunduqda sonuncuların spesifik aktivliyi yüksəlir. Gümüş duzları ilə birlikdə istifadə olunduqda uyuşmazlıq yaranır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Həkimlə məsləhətləşdikdən sonra Sulfasil müalicəvi dozalarda hamiləlik və laktasiya dövründə də istifadə oluna bilər.

 

İstifadə qaydası və dozası:
Sulfasil böyüklərin zədələnmiş gözünə gündə 5-6 dəfə olmaqla (hər 4-5 saatdan bir) hər dəfə 2-3 damcı tökülür. Uşaqların zədələnmiş gözünə 200mq/ml məhluldan gündə 4-5 dəfə olmaqla hər dəfə 1-2 damcı tökülür. Müalicə kursu xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Yenidoğulmuşlarda blennoreyanın profilaktikası məqsədilə onların hər iki gözünə doğuşdan bilavasitə sonra 30ömq/ml preparatdan 2 damcı, 2 saat sonra isə yenə 2 damcı tökülür.

 

Əlavə təsirləri:
Bəzən göz toxumalarının qıcıqlanması baş verə bilər (qızarma, qaşınma, göz qapaqlarının ödemi).

 

Doza həddinin aşılması:
Preparatdan tez-tez istifadə etdikdə gözdə qızartı, qaşınma; göz qapaqlarının ödemi meydana çıxa bilər. Bu halda müalicəni Sulfasilin aşağı konsentrasiyalı məhlulu ilə davam etdirir və ya preparatdan istifadəni dayandırırlar.

 

Buraxılış forması: 5 ml və 10 ml-lik polietilen flakon, içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 8°-15°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 2 ildir. Flakon açıldıqdan sonra preparat 28 gün ərzində istifadəyə yararlıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: «Farmak». Ö4080 Ukrayna? Kiyev şəhəri, Frunze küçəsi, 63