DİNAMOGEN (daxilə qəbul üçün tək dozalı ampullar)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: 10 ml məhlulun (1 ampul) tərkibində 3 mq Qlütodin (Siproheptadin α-Ketoqlutarat) və 1q.  Arginin-aspartat vardır.
Köməkçi maddələr: saxaroza, 70%-li sorbitol məhlulu, kalium sorbat, su, rəngləyici maddə.

 

Farmakoloji xüsusiyyətləri:
Dinamogen əsas etibarilə oreksigen (iştahaartırıcı) və tonuslandırıcı xüsusiyyətləra malikdir. Preparatın tərkibində iştahasızlığı, fiziki və əqli asteniya əlamətlərini aradan qaldırmaq xüsusiyyətinə malik iki dərman maddəsi vardır: Qlütodin (FAES FARMA, S.A. orijinal maddə)

 

İstifadəsinə göstorişlər:
Asteniya, psixoasteniya, anoreksiya, qida çatışmazlığı, xəstəliklərin sağalma dövrü, intellektual qabiliyyətin zəifləməsi, inkişafın ləngiməsi, adinamiya, məktəb yorğunluğu kimi orqanizmdə energetik əhəmiyyətli maddələrin ehtiyatının bərpa olunmasını tələb edən vəziyyətlər preparatın təyini üçün göstəriş hesab olunur.

 

Əks göstərişlər:
Siproheptadinə qarşı allergiyanın olması preparatın istifadəsi üçün əks göstərişdir. Preparatın tərkibində Siproheptadin α-Ketoqlutarat olduğu üçün körpəsini ana südü ilə qidalandıran analara, yenidoğulmuşlara təyin olunmamalıdır.
Əks göstəriş hesab olunmamasına baxmayaraq ciddi böyrək və qaraciyər xəstəlikləri zamanı preparatın istifadəsi məsləhət görülmür.

 

Xüsusi göstərişlər:
Yaşlı xəstələrdə, xüsusi ilə prostat vəzinin hipertrofiyasından və qapalı bucaqlı qlaukomadan əziyyət çəkən xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
10 ml (1 ampul) məhlulun tərkibində 3,58 q saxaroza vardır. Bu xüsusiyyət fruktozaya qarşı irsi dözümsüzlüyü olan xəstələrdə, eləcə də qlükozanın -qalaktozamn sorulması ilə əlaqədar problemləri olan xəstələrdə, saxaroza-izomaltoza çatışmazlığı və diabetli xəstələrdə nəzərə alınmalıdır.
10 ml (1 ampul) məhlulun tərkibində 3.41 q sorbitol vardır. Bu maddə mədə diskomfortuna və ishala səbəb ola bilər. Fruktozanın həzmi ilə əlaqədar irsi problemləri olan xəstələrə bu preparat təyin olunmamalıdır.
10 ml (1 ampul) məhlulun tərkibində l0 mq kalium-sorbat vardır. Preparatın bu xüsusiyyəti pəhrizində kaliumun miqdarı az olan xəstələrdə nəzərə alınmalıdır. Kaliumun artıq miqdarı mədə pozğunluğuna və ishala səbəb ola bilər.
10 ml (1 ampul) məhlulun tərkibində rəngləyici maddə kimi 0,50 mq amarant vardır. Bu maddə asetillsalisil turşusuna qarşı allergiyası olan xəstələrdə astma daxil olmaqla müxtəlif allergik infeksiyaların meydana çıxmasına səbəb ola bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Ehtiyat tədbiri kimi preparatın hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görülmür.

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Farmakoloji xüsusiyyətlərinə görə (yuxululuğa səbəb ola bilər) Dinamogen nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Preparat MAO inhibitorları ilə birlikdə təyin olunmamalıdır.
Antixolinergik təsirin güclənmə ehtimalı olduğu üçün digər antixolinergik preparatlarla, trisiklik antidepressantlarla və neyroleptiklərlə birlikdə istifadəsi məsləhət görülmür.
Dinamogenin yuxu gətirici və trankvilizatorlarla birlikdə istifadəsi tövsiyə olunmur.
Preparat spirtin orqanizmə mənfi təsirini gücləndirə bilər.

 

İstifadə qaydası və dozası:
Uşaqlar: Gündə iki dəfə 1 ampulun möhtəvilyatı daxilə qəbul olunmalıdır. Preparatın qida qəbulundan yarım saat əvvəl qəbul olunması tövsiyə olunur.
İki yaşdan kiçik uşaqlara təyin olunmamalıdır.

Ciddi anoreksiyadan əziyyət çəkən və əhəmiyyətli dərəcədə kütlə çatışmazlıgı olan uşaqlara 24 saat ərzində 3 ampul təyin oluna bilər.
Böyüklər: Gündə 3 dəfə 1 ampul preparat daxilə qəbul olunmalıdır.

 

Qəbul qaydası:
1.   Ampulu ayırın
2.   Ampulun yuxan hissəsini buraraq sındırın.
3.   Ampulu əksinə çevirib sıxaraq içərisindəki mayeni stəkana boşaldın.

 

Əlavə təsirləri:
Siproheptadin α-Ketoqlutarat yuxululuğa səbəb ola bilər ki, bu əlamət də adətən preparatın bir neçə gün müntəzəm istifadəsi zamanı tədricən aradan qalxır. Bu təsir nəqliyyat vasitələrini idarə edən şəxslərdə nəzərə alınmalıdır. Əgər preparatın qəbulu zamanı hər hansı digər əlavə təsir müşahidə olunarsa həkiminizə və yaxud əczaçıya məlumat verin.

 

Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı xüsusilə uşaqlarda depressiya və yaxud MSS-nin stimulyasiyası, qıcolmalar müşahidə oluna bilər.
Belə hallarda ilkin olaraq bir stəkan su içmək və qusma törətmək lazımdır. Xəstə qusmazsa fizioloji məhlulla mədə yuyulmalıdır. Fizioloji məhlula işlədici təsirli maddələr (maqnezium, süd və s.) əlavə etmək olar. Hipotenziya müşahidə olunursa vazopressorlar tətbiq olunmalıdır. İstənilən halda xəstələrin stasionarda müalicə olunması tövsiyə olunur.
Doza həddinin aşılması və təsadüfi qəbul zamanda Toksikologiya Məlumat Mərkəzi ilə əlaqə saxlayın.

 

Buraxılış forması: Daxilə qəbul üçün nəzərdə tutulmuş 10 ml məhlul, ampullarda. 20 ampul içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25° C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: Faes Farma S.A., İspaniya

 

DİNAMOGEN (daxilə qəbul üçün tək dozalı ampullar)