RİBRODEKS - RİBRODEX (göz damcısı)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: tobramisin 0,3% (3 mq/ml), deksametazon 0,1 % (1 mq/ml)

Köməkçi maddələr: benzalkonium xlorid, tilaksopol, natrium edetat dihidrat, natrium xlorid, hidroksietil-sellüloza, natrium sulfat, sulfat turşusu və ya natrium hidroksid (pH səviyyəsinin saxlanılması üçün), təmizlənmiş su.

 

Farmakoloji xüsusiyyətləri:
Ribrodeks oftalmologiyada yerli istifadə olunan antibakterial və iltihab əleyhinə kombinəedilmiş preparat. Tobramisin aminoqlikozidlər qrupundan olan geniş təsir spektrli təsirə malik antibiotikdir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı aktivdir: Staphylococcus spp. (o cümlədən Staphylococcus aureus, Staphylococcus epidermidis [penisilHnə davamlı ştammlaı daxil olmaqla]); Streptococcus spp. (o cümlədən A qrupunun bəzi (3-hemolitik streptokokklar qrupları, bəzi qeyri-hemolitik növlər və Streptococcus pneumoniae ştamları), Pseudomonas aeruginosa, Escherichia coli, Klebsiella pneumoniae, Enterobacter aerogenes, Proteııs mirabilis, Morganella morganii, Proteus vulgaris, Haemophilus injluenzae, Haemophilus aegypüus, Moraxella lacunata, Äcinetobacter calcoaceticus-un bir çox növləri (Herellea vaginacola), həmçinin Neisseria spp.-rim. bəzi növləri.
Deksametazon - qlükokortikosteroid maddədir. İltihab əleyhinə, allergiyaya əleyhinə və desensibilizəedici təsir göstərir. Deksametazon eozinofillər tərəfindən iltihab mediatorlarının əmələ gəlməsini, piylənmiş hüceyrələrin miqrasiyasını zəiflədir və kapilyarların keçiriciliyini zəiflədir. Mineralokortikoid akrivliyinə malik deyil.

 

Farmakokinetikası: Ribrodeks preparatının farmakokinetikası haqqında məlumatlar yoxdur.

 

İstifadəsinə göstərişlər:
-  blefaritlər;
-  konyunktivitlər;
-  keratitlər (epiteldə zədələnmənin olmaması zamanı)
-  əməliyyatdan sonrakı infeksion ağırlaşmaların profılaktikası.

 

Əks göstərişlər:
-  Herpes simpleks tərəfindən yaranan keratit(dludritik keratit);
-  buynus qişasının və konyunktivanın virus infeksiyaları (həmçinin su çiçəyi);
-  gözün mikro-bakterial infeksiyaları;
-  gözün göbələk xəstəlikləri;
-  preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
Buynuz qişadan yad cisim ağırlaşmasız çıxarıldıqdan sonra preparat təyin edilmir.

 

Xüsusi göstərişlər:
Ribrodeks yalnız yerli istifadə üçün təyin edilir (inyeksiya üçün istifadə olunmur).
Tərkibində qlükokortikosteroid olan preparatlardan istifadə 10 gündən artıq davam etdikdə gözdaxili təzyiq müntəzəm ölçülməlidir. Sistem istifadəsi üçün aminoqlikozid qrupundan olan antibiotiklərlə Ribrodeks preparatı eyni zamanda təyin olunduqda qan zərdabında tobramisinin qatılığına nəzarət etmək lazımdır.
Allergik reaksiyalar inkişaf edən halda preparatın qəbulunu dayandırmaq lazımdır.
İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

 

Pediatriyada istifadəsi:
Hələlik preparatın uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.

 

Hamiləlik və  laktasiya  dövründə  istifadəsi:

Preparat  hamiləlik və  laktasiya  (südlə qidalandırma) dövründə müalicənin effektivliyi uşaq və ya döl üçün mümkün ola bilən riskdən üstün olarsa təyin edilir. Laktasiya dövründə südlə qidalandırmanın kəsilməsi məsələsi həll olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Ribrodeks preparatının digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.

 

İstifadə qaydası və dozası:

Hər 4-6 saatdan bir zədələnmiş gözün (gözlərin) konyunktiva kisəsinə 1 -2 damcı preparat damızdırırlar.

 

Əlavə təsirləri:

Preparatdan istifadə zamanı deksametazonun, antibakterial komponentin və ya onların hər ikisinin təsirindən əlavə reaksiyalar müşahidə oluna bilər.
Allergik reaksiyalar: (< 4%)- qaşınma və göz qapaqlarının ödemi, konyunktivanın qızarması, (bir qayda olaraq antibakterial komponentin təsirindən).
Deksametazonun təsirindən baş verən əlavə reaksiyalar: Görmə orqanı tərəfindən: sonradan qlaukomanın inkişafı ilə nəticələnə bilən gözdaxili təzyiqin artması; arxa subkapsulyar kataraktanın əmələ gəlməsi; yaraların sağalma prosesinin ləngiməsi (buynuz qişanın və ya skleranın naziltməsinə səbəb olan xəstəliklər zamanı, QKS-in yeni istifadəsi zamanı fibroz qişanın deşılməsi mümkündür). Bununla əlaqədar olaraq buynuz qişa epitelinin zədələnmə ilə müşayiət olunan xəstəliklər zamanı preparatdan istifadə etmək tövsiyə edilmir.
Tərkibi antibiotiklərlə qlükokortikosteroidlərin kombinasiyasından ibarət olan preparatların istifadəsindən sonra xəstənin orqanizminin qoruyucu  reaksiyalarının zəifləməsinin nəticəsi olaraq təkrar infeksiya (o cümlədən göbələk infeksiyası) müşahidə oluna bilər. Gözün kəskin irinli xəstəlikləri zamanı QKS mövcud olan infeksion prosesi gizlədə və ya gücləndirə bilər. Steroid preparatlarla uzun sürən müalicədən sonra buynuz qişanın üzərində əmələ gələn sağalmayan xoralar göbələk invaziyasının inkişafından xəbər verir.

 

Doza həddinin aşılması:

Hələlik Ribrodeks ilə doza həddinin aşılması halları barədə heç bir məlumat yoxdur.

 

Buraxılış forması: Tərkibində 0,3 % tobramisin, 0,1 % deksametazon məhlulu olan 5ml-lik flakonlarda göz damcısı. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: Preparatla dolu flakon 25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 2 ildir. Flakon açıldıqdan sonra preparatdan 4 həftə ərzində istifadə etmək lazımdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək  olmaz.
Aptekdən buraxılma şərti: həkim resepti əsasında buraxılır.

 

İstehsalçı: ROMFARM KOMPANİ, Ruminiya.