ANGİNOL (tabletlər)
Beynəlxalq patentləşdirilməmiş adı: Dekvalinium xlorid - Dequalinium chloride
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: Hər tabletin tərkibində 0,25 mq dekvalinium-xlorid vardır.

Köməkçi maddələr: natrium saxarinat, natrium-xlorid, mannitol, jelatin, alhedrat, talk, sintetik meyvə aromatizatoru 42/999, maqnezium-stearat.

Farmakoterapevtik qrupu: Anginol oral antiseptikdir.

 

Farmakoloji xüsusiyyətləri:
Anginol tabletlər - antibakterial, virus əleyhinə, fungisid, iltihab əleyhinə və hemostatik təsirlərə malik yerli təyinatlı bir preparatdır. Anginol tablet-ağız boşluğundan və udlaqdan tam sorulur.
Preparatın əsas elementi - dekvalinium-xlorid, yerli antiseptik vasitədir.
Antibakterial təsir: mexanizmi mikroorqanizmin hüceyrə divarını dağıtmaqla bağlıdır.

Dekvalinium-xlorid aşağıdakı mikroorqanizmlərə aktiv təsir edir:
Qrammüsbət: Strep. spp., Staph. spp., S.aureus, S.epidermidis, S.pyogenes Actin.naeslundii, Act. viscosus.

Qrammənfi: N.meningitidis, Klebsiella pneumoniae, Haem. influenzae, Proteus vulgaris, Leptotrixiya.
Anaerob bakteriyalar: Clostridium perfringens, Porphyromonas gingivalis, Prevotella melanogenica, bakteroidlər, fuzobakteriyalar, veylonella və peptostreptokokklar.
Göbələklər: Candida albicans, Candida spp., Trichophyton spp., Histoplasma capsulatum və s, Viruslar: Rinovirus, taclı virus, adenovirus, qrip, paraqrip və başqa respirator viruslar və s.

 

İstifadəsinə göstərişlər:
Orofaringeal, ağız boşluğu və udlağın iltihabı-yoluxucu xəstəlikiərinin simptomatik müalicəsi üçün istifadə olunur. Angina, ağızda və boğazda iltihabı proseslər, badamcıqların, dilin, damağın iltihabı, ağız boşluğunun aftoz yaraları, ağız boşluğu və boğazda cərrahi müdaxilələr zamanı.

 

Əks göstərişlər:
- 6 yaşa qədər uşaqlar (istifadə qaydasının xüsusiyyətlərinə əsasən)
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

 

Ehtiyat tədbirləri:
Uzunmüddətli müalicə zamanı (10 gündən artıq) ağız boşluğunun normal mikrobiosenozunun pozulması riski var. Anginol tabletləri ilə müalicə zamanı vaxtaşın digər ağız və boğaz antiseptiklərindən istifadə edilə bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Digər dərman vasitələri ilə qarşılıqlı təsirinə dair tədqiqatlar aparılmayıb.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Anginolun hamiləlik və laktasiya dövründə istifadəsi ilə bağlı məlumat yoxdur.

 

İstifadə qaydası və dozası:
ANCINOL tabletləri böyüklərə və 6 yaşdan yuxarı uşaqlara sublinqval (dilaltına) təyin edilir.
- müalicənin əvvəlində, ağır hallarda:  hər 2 saatdan bir 1 tablet.
- sonralar isə: hər 3-4 saatdan bir 1 tablet.
Maksimal doza 24 saat ərzində 3-6 tabletdən artıq olmamalıdır.
Tövsiyə olunan müalicə kursu xəstəliyin ağırlığından asılı olaraq 3-10 gün təşkil edir. Həkim təyinatına müvafiq müalicə aparılır.

 

Əlavə təsirləri: Hər hansı əlavə təsirləri qeydə alınmayıb.

 

Buraxılış forması: 20 tablet, blisterlərdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: Otaq temperaturunda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 4 il. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: LABSMA NV- SA Van Volksemlaan pr. 1190, Brussel, Belçika.