METROGİL PLUS - METROGYL PLUS (vaginal gel)

Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole + Clotrimazole

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq Metronidazol, 20 mq Klotrimazol vardır.
Köməkçi məddələr: metilhidroksibenzoat, propilhidroksibenzoat, dinatrium-edetat, karbomer-940, benzil spirti, natrium-hidroksid, distillə suyu.

 

Farmakoterapevtik qrupu: Yerli istifadə üçün mikrob əleyhinə kombinəolunmuş dərman vasitəsi
ATC kodu: G01AF20.

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
İntravaginal istifadə üçün nəzərdə tutulmuş kombinəedilmiş preparatdır. Onun effektivliyi tərkibindəki 2 komponent: klotrimazol və metronidazol ilə təmin olunur.
Metronidazol ibtidailərə: Entamoeba histolytika, Gardia lamblia, Trichomonas vaginalis, həmçinin qrammənfi anaeroblara: Bacteroides fragillis, Fusobacterium spp., Prevotella (P.bivia, P.buccae, P. disiens), Gardnerella vaginalis və bəzi qrammüsbət mikroorqanizmlərə: Clostridium perffringens, Clostridium difficile, Peptococcus spp., Peptostreptococcus spp. qarşı yüksək aktivliyə malikdir.
Klotrimazol imidazol törəməsi olub bakterisid və funqisid təsirə malikdir. Mikroorqanizmlərin hüceyrə divarlarının keçiriciliyini tənzimləyən erqosterolun biosintezini tormozlayır. Aşağıdakı göbələklərə münasibətdə yüksək aktivliyə malikdir: Blastomyces dermotitidis, Candida spp., Coccidioides immitis, Cryptococcus neoformans, dermatofitlər: Histoplasma capsulatum, Paracoccidioides braciliensis, Sporothrix Shenchii, ibtidailərdən: Trichomonas vaginalis; qrammüsbət bakteriyalardan: Escherichia coli, Staphylococcus spp., Pseudomonas aeruginosa, Proteus mirabilis, Klibsiella pneumoniae.
Farmakokinetikası:
İntravaginal təyinat zamanı metronidazol ümumi absorbsiyaya məruz qalır. Vaginal gelin biomənimsənilməsi, vaginal tabletlərin biomənimsənilməsindən 2 dəfə çoxdur. Sorulmuş preparat orqanizmdə geniş yayılır, hematoensefalik və plasentar baryeri keçir. Ana südünün tərkibində rast gəlir. 6-12 saat ərzində maksimal konsentrasiya əldə olunur. 20%-ə qədəri plazma zülalları ilə birləşir. 60-80%-i böyrəklərlə, 6-15%-i bağırsaqla xaric olur.

 

İstifadəsinə göstərişlər:
Mikrobioloji və kliniki göstəricilərlə təsdiqlənmiş müxtəlif etiologiyalı vaginitlər; kandidoz vulvitlər, vulvovaginitlər, urogenital trixomonoz.

 

Əks göstərişlər:

  • Preparatın komponentlərinə qarşı hiperhəssaslıq;
  • Leykopeniya;
  • MSS üzvi zədələnmələri;
  • Qaraciyər çatışmazlığı;
  • Hamiləliyin birinci trimestri.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Disulfiram kimi etanola qarşı ikrah hissi oyadır. Dolayı təsirli antikoaqulyantların effektini artırır, litiumla eyni vaxtda təyin edildikdə litiumun plazmadakı qatılığı artır. Fenobarbital metronidazolun metabolizmini sürətləndirir. Gözə düşməsinin qarşısını almaq lazımdır.

 

Xüsusi göstərişlər:
Hamiləliyin II-III trimestrində yalnız həkim nəzarəti altında istifadə etmək olar. Laktasiya dövründə preparat təyin olunduqda süd verməni dayandırmaq lazımdır. Yalnız intravaginal təyinat üçün nəzərdə tutulub! Müalicə dövrü ərzində cinsi əlaqəni dayandırmaq lazımdır!

 

İstifadə qaydası və dozası:
5q (1 dolu applikator) gündə 2 dəfə 5 gün ərzində intravaginal olaraq təyin olunur.

 

Əlavə təsirləri:
Yerli reaksiyalar: yandırıcı hiss və ya sidik ifrazının tezləşməsi.
Sistem effektlərinin inkişafı mümkündür: başgicəllənmə, başağrısı, ürəkbulanma, qarın nahiyəsində spastik ağrılar.
Allergik reaksiyalar: dəri səpgiləri, məxmərək.
Hər hansı bir arzuolunmayan effektə rast gəldikdə müalicə həkiminə müraciət etmək lazımdır.

 

Buraxılış forması: 20q; 30q-lıq alüminium və ya plastik laminə olunmuş tublarda buraxılır. Bir tub applikator və içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: 25ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resepti əsasında buraxılır.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz, («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan