METROGİL - METROGYL (xaricə istifadə üçün gel)
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Tərkibi:
Təsiredici maddə: 1 qr gelin tərkibində 10 mq Metronidazol vardır.
Köməkçi maddələr: propilhidroksibenzoat, metilhidroksibenzoat, propilenqlikol, natrium-edetat, natrium-hidroksid, karbomer 940, təmizlənmiş su.

 

Farmakoterapevtik qrupu: Antimikrob və antiprotozoy maddə

 

Farmakoloji xüsusiyyətləri:
Metronidazol – geniş antimikrob və antiprotozoy təsir spektrinə malik imidazol qrupundan olan sintetik maddədir. Anaeroblara qarşı (Bacteroides spp., Fusobacterium spp., Mobiluncus spp., Peptococcius spp., Clostridium, Eubacterium, Bacteroides fragilis, Prevotella) və ibtidailərə (Trichomonas vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia intestinalis), həmçinin dəri gənəsi olan Demodex folliculorum-a qarşı effektlidir.
Aerob mikroorqanizmlər metrogilə həssas deyil.
Farmakodinamikası:
Metrogil gelin təsiri hüceyrədaxili anaerobların və ibtidailərin nəqledici proteinləri tərəfindən metronidazolun 5-nitroqrupunun biokimyəvi reduksiyasına əsaslanır. Metronidazolun reduksiya olunmuş 5-nitroqrupu mikroorqanizmin ya DNT-si ilə əlaqəyə girir ya da ibtidailərin və anaerobların tənəffüs zəncirinə daxil olaraq onların məhvinə səbəb olur.
Farmakokinetikası:
Xaricə (yerli) istifadə zamanı Metrogil gel tez bir zamanda dəriyə sorulur və burada onun maksimum konsentrasiyası əldə olunur. Metrogil gelin xaricə istifadəsi zamanı metronidazolun qanda konsentrasiyası çox aşağı olduğundan, onun farmakokinetikası haqqında məlumat yoxdur.

 

İstifadəsinə göstərişlər:
• çəhrayı civzələr;
• civzəli səpgi;
• yağlı seboreya, seboreyalı dermatit;
• aşağı ətrafların trofik xoraları (damarların varikoz genişlənməsi, şəkərli diabet fonunda);
• çətin sağalan yaralar;
• yataq yaraları;
• babasil;

 

Əks göstərişlər:
• Metronidazola qarşı yüksək həssaslıq;
• Hamiləlik; laktasiya dövrü.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Metrogil gelin yerli istifadəsi zamanı digər preparatlarla qarşılıqlı təsiri cüzi olur, lakin varfarin və digər antikoaqulyantlarla eyni zamanda təyin olunduqda ehtiyatlı olmaq lazımdır.

 

Xüsusi göstərişlər:
Yalnız xaricə istifadə edilir!
Gözə düşməsinə yol vermək olmaz!
Gel gözə düşdükdə gözləri təcili olaraq çoxlu miqdarda su ilə yumaq lazımdır.

 

İstifadə qaydası və dozası:
Metrogil gel dərinin zədələnmiş nahiyəsinə gündə 2 dəfə səhər və axşam nazik təbəqə şəklində sürtülür. Müalicə kursunun müddəti həkim tərəfindən müəyyən olunur.
Müalicəvi effekt adətən 3 həftədən sonra müşahidə olunur.

 

Doza həddinin aşılması:
Göstərilən dozada xaricə istifadə zamanı preparatın doza həddinin aşılması müşahidə olunmur.

 

Əlavə təsirləri:
Metrogil gelin yerli istifadəsi zamanı metronidazolun qanda konsentrasiyası çox aşağı olduğundan əlavə təsirlər müşahidə olunmur. Nadir hallarda aşağıdakı əlamətlər müşahidə oluna bilər: gözün yaşarması (əgər gel gözə yaxın sürtülürsə), qısamüddətli qızarma, yüngül quruma, qıcıqlanma və qaşınma.
Hər hansı arzuolunmaz effekt əmələ gələrsə, müalicə kursunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

 

Buraxılış forması: 30qr-lıq alüminium tub içlik vərəqə ilə birgə karton qutuya qoyulur.
Saxlanma şəraiti: 30ºC-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 ildir. Yararlılıq müddəti bitdikdən sonra geldən istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: Yunik Farmasyutikal Laboratoriz, («C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvarç 14; Bakı, Azərbaycan