METROGİL DENTA - METROGYL DENTA (damaqlar üçün gel)
Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: 1q gelin tərkibində 10mq metronidazola ekvivalent miqdarda Metronidazol-Benzoat, 0,5 mq Xlorheksidin qlükonat (20% Xlorheksidin qlükonat məhlulu şəklinldə) vardır.
Köməkçi maddələr: natrium edetat, mentol, natrium saxarin, propilenqlikol, karbomer-940, distillə suyu.

 

Təsviri: ağ və ya ağımtıl, parıltılı yumşaq gel.

 

Farmakoterapevtik qrupu: Antimikrob və antiprotozoy dərman vasitəsi.

 

Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
Metrogil Denta - damaqlar üçün gel olub, ağız boşluğunun infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikası üçün istifadə edilir.

Preparatın effektivliyi tərkibində iki antibakterial komponentin olması ilə izah olunur:
a) metronidazol paradontal xəstəliklər törədən anaerob bakteriyalara qarşı antibakterial təsirə malikdir. Məs.: Porphyromonas gingivalis, Prevotella intermedia, P. Denticola, Fusobacterium fusiformis, Wolinella Recta, Eikenella corrodens, Borrelia vincenti, Bacteroides melaninogenicus, Selenomonas sp.
b) xlorheksidin geniş spektrli antimikrob maddədir. Qrammüsbət və qrammənfi mikroorqanizmlərin vegetativ formalarına, maya göbələklərinə, dermatofitlərə, lipofil viruslara təsir edir.

Farmakokinetikası:
Yerli istifadə zamanı praktiki olaraq sorulmur, belə ki, əsas təsiredici maddələr minimal terapevtik dozalarda olduğu üçün, onların ümumi təsiri hissolunmaz dərəcədə cüzidir.

 

İstifadəsinə göstərişlər:
Paradontun və ağız boşluğunun infeksion-iltihabi xəstəlikləri:
▪ kəskin və xroniki qingivit (damaqların iltihabı)
▪ kəskin xoralı-nekrotik Vensan qingiviti;
▪ kəskin və xroniki parodontit;
▪ yeniyetmə paradontiti;
▪ parodontoz;
▪ aftoz stomatit;
▪ pulpit;
▪ xeylit;
▪ protezlərdən istifadə zamanı selikli qişalarda meydana gələn iltihab;
▪ dişin çəkilməsindən sonra əmələ gələn alveolit;
▪ periodontit, periodontal abses.

 

Əks göstərişlər:
Metronidazol, xlorheksidin və nitroimidazol törəmələrinə qarşı fərdi həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar edilməmişdir.

 

Xüsusi göstərişlər:
Metrogil Denta ilə müalicə zamanı dişləri mütəmadi olaraq təmizləmək lazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi: Təcrübədə yoxlanılmamışdır.

 

İstifadə qaydası və dozası:

Yalnız stomatoloji təcrübə üçün!
Böyüklər və 6 yaşından böyük uşaqlarda qingivit zamanı damaqlara gündə 2 dəfə sürtülür. Geli yumaq məsləhət deyil. Geli sürtdükdən sonra 30 dəqiqə ərzində maye və qida qəbulu məsləhət deyil. Müalicə kursu 7-10 gündür.
Parodontitdə parodontal ciblər Metrogil Denta ilə işlənir və gelin damaqlara applikasiyası aparılır. Ekspozisiya müddəti 30 dəqiqədir. Prosedurun sayı xəstəliyin ağırlığından asılıdır. Gələcəkdə xəstə applikasiyanı özü edə bilər: gel damaqlara gündə 2 dəfə 7-10 gün ərzində sürtülür.
Aftoz stomatit zamanı Metrogil Denta 7-10 gün ərzində gündə 2 dəfə ağız boşluğunun selikli qişasının zədələnmiş nahiyələrinə sürtülür.
Xroniki qingivitin kəskinləşməsinin və parodontitin profilaktikasında gel damaqlara gündə 2 dəfə 7-10 gün ərzində sürtülür. Profilaktik kurslar ildə 2-3 dəfə aparılır.
Postekstraksion alveolitdə gündə 2-3 dəfə olmaqla 7-10 gün istifadə edilir.

 

Əlavə təsirləri:
Yerli istifadə zamanı əlavə təsir təhlükəsi çox az olsa da, nadir hallarda baş ağrıları, allergik reaksiyalar ola bilər.

 

Buraxılış forması: 20 q alüminium və ya plastik laminə olunmuş tublarda buraxılır. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanılma şəraiti: 25ºC-dək temperaturda və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: «Yunik Farmasyutikal Laboratoriz» («C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) Vorli, Mumbay - 400 030, Hindistan.
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan