NİDOFLOR (krem)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Tərkibi:
Təsiredici maddələr: 100 q kremin tərkibində 1 000 000 BV nistatin, 0.382 q neomisin sulfat, 0.100 q triamsinolon asetonid vardır.
Köməkçi maddələr: setil stearin spirti, oktildodekanol, qliserin, metil parahidroksibenzoat, propil parahidroksibenzoat, təmizlənmiş su.


Farmakoterapevtik qrupu: Antibiotiklərlə kombinasiya olunmuş kortikosteroid.

 

Farmakoloji xassələri:
Nistatin – antibakterial təsirdən məhrum olan göbələk əleyhinə olan antibiotikdir. O Candida albicans, Coccidioides immitis, Cryptococcus neoformans, Histoplasma capsulatum, bəzi blastomiset və Sporotrichum-a qarşı fəaldır. Göbələyin hüceyrə membranının sterolları ilə birləşir, onun selektiv baryer funksiyasını çətinləşdirir, bu da hüceyrənin əsas maddələrinin itkisinə gətirib çıxarır. Neomisin – müxtəlif qrammüsbət və qrammənfi aerob bakteriyaların ştammlarına qarşı fəal olan aminoqlikozid qrupu antibiotikdir. Bakterial hüceyrə membranından keçir, bakteriyanın ribosom 30S subvahidli spesifik reseptor zülalı ilə birləşir. Nəticədə peptid əmələ gəlmənin təsis edilməsinin gecikməsi, genetik kodun səhv şifrələnməsi və poliribosomların fəaliyyət göstərməyən monosomlara parçalanması yolu ilə zülal sintezinin azalması baş verir. Triamsinolon – iltihab, qaşınma və allergiya əleyhinə təsirlərə malik yerli istifadə olunan sintetik qlükokortikoiddir.

 

İstifadəsinə göstərişlər:
- Mikrob və Сandida mənşəli bişməcələr;
- Paronixiya (dırnaq yatağı kənarının infeksiyası);
- Allergik dermatitlərin (kontakt dermatitlər, mikrob və ya Сandida mənşəli dermatitlər) müalicəsi zamanı.

 

Əks göstərişlər:
- Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq;
- Vərəm və dərinin virus zədələnmələri (Herpes simplex, Vaccinia, Varicella daxil olmaqla);
- Xoralı zədələnmələr;
- Sızanaq;
- Rozaseа (qırmızı civzələr);
- Krem göz ətrafında palpebral konyuktivit (qlaukoma təhlükəsi) zamanı istifadə olunmamalıdır.
- Nidoflor 2 yaşdan kiçik uşaqlarda Neomisinin dəri tərəfindən sorularaq ototoksik risk törətməsini nəzərə alaraq istifadə olunmamalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Aşkar olunmayıb.

 

Xüsusi göstərişlər:

Pediatriyada:
Bu dərman preparatı uşaqlarda sistem ototoksik effekt yarada bilər. Qlükokortikoidlərlə uzunmüddətli müalicə uşaqların boy və inkişafına mane ola bilər. Müvafiq olaraq uşaqların Nidoflor ilə müalicəsi ciddi tibbi nəzarət altında aparılmalıdır.

 

Hamiləlik və laktasiya:
Yerli qlükokortikoidlər sistem şəklində sorulduğuna görə, Nidoflor kreminin istifadəsi hamiləlik və laktasiya zamanı məsləhət görülmür, lakin əgər lazım olarsa risk/fayda nisbəti qiymətləndirilməlidir. Krem dərinin kiçik sahələrində, az miqdarda və qısa zaman müddətinə istifadə olunmalıdır.
Sistem qlükokortikoidlər ana südünə ifraz olunur, bu da körpələrdə boyun xətti uzanmasının ləngiməsi kimi əlavə reaksiyaların baş verməsinə səbəb ola bilər.
Nistatin və triamsinolon asetonidin ana südünə keçməsi barədə əldə olan məlumat yoxdur.
Döşlə əmizdirmə zamanı krem bilavasitə döşlərə sürtülməməlidir, çünki uşaq onu uda bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
Nidoflor kremi insanların nəqliyyat vasitələrini və maşınları idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir.

 

Xəbərdarlıqlar:
Əgər bakterial mənşəli ağır infeksiyanın Nidoflor ilə uzunmüddətli müalicəsi zamanı neomisinə qarşı rezistentlik baş verərsə, kremin istifadəsini dayandırmaq və antibioqramma məlumatlarına müvafiq olaraq sistem antibiotikoterapiyaya başlamaq lazımdır.
Reinfeksiyanın baş verməməsi üçün normal gigiyena və profilaktika tədbirləri istifadə edilməlidir. Zədələnmiş nahiyə mümkün qədər quru saxlanılmalıdır.
Gözə düşməsinə imkan verməyin.
Əgər terapiyanın 2-3 həftəsindən sonra heç bir dəyişiklik baş verməzsə, həkiminizə məlumat verin.
Qlükokortikoidin olması neomisinlə baş verən allergik reaksiyaları dayandırmır, lakin onların klinik təzahürlərinə təsir göstərə bilər.

 

İstifadə qaydası və dozası:
Nidoflor kremi zədələnmiş nahiyəyə gündə 2-3 dəfə, tez sorulması məqsədi ilə nazik qatla yüngül dairəvi masajla çəkilir.

 

Əlavə təsirləri:
Nadir hallarda kremin komponentlərindən hər hansı birinə qarşı dözümsüzlük reaksiyaları baş verir, bu halda müalicəni dayandırmaq və adekvat müalicəvi tədbirlər həyata keçirmək lazımdır.
Neomisinə qarşı allergik reaksiyalar xüsusən uzunmüddətli və geniş dəri sahələrinə istifadə zamanı baş verir.
Kremin baldırın geniş sahələrinə və ya uzun müddət ərzində istifadəsi zamanı yorğunluq, adinamiya, yuxululuq və ya əsəbilik və yuxusuzluq əlamətləri ilə özünü göstərən hiperkortisizm reaksiyasıyaları, həmçinin latent şəkərli diabetin başlanması, osteoporoz və uşaqlarda inkişafın ləngiməsi baş verə bilər.
Hemolitik analiz eozinofiliya və ya anemiyanın yüngül formasını göstərə bilər. Natriumun xaric olması bəzən kaliumun xaric olmasının azalması ilə birlikdə arta bilər. Nadir hallarda böyrək və qaraciyər zədələnmələri olan pasientlərdə hiperkortisizm əlamətləri baş verir.

 

Doza həddinin aşılması: Aşkar olunmayıb.

 

Buraxılış forması: 15 q krem, tublarda. Bir tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti: +25ºС-dən aşağı temperaturda, original qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Rеsеpt əsasında buraxılır.

 

İstehsalçı: Antibiotice SA, 1, Valea Lupului, 707410 İasi, Rumıniya, AŞ
Azərbaycanda rəsmi distribyutor: «TETRADA» MMC - dir. AZ1102; 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan, Теl.: (+994 12) 431-59-24, 431-05-41, Faks: (+994 12) 430-80-51