BİOTAKSİM - BIOTAKSYM (inyeksiya məhlulu hazırlamaq üçün toz)

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:
Təsiredici maddə: 1 flakonda 250 mq, 500 mq və ya 1 q sefotaksimə ekvivalent olan sefotaksim natrium vardır.

 

Təsviri:
Biotaksim - ağ və ya azacıq sarı rəngdə tozdur. Preparat həlledicidə (məsələn inyeksiya üçün su) həll edildikdən sonra açıq-sarı və ya sarı məhlul alınır.

 

Farmakoloji xüsusiyyətləri:
Antibiotik parenteral yeritmə üçündür.
Sefotaksim – geniş spektrli antibakterial fəallığa malik III nəsil yarımsintetik sefalosporin antibiotikidir. Onun təsir mexanizmi bakterial hüceyrənin membranının sintezini zəiflətməsi ilə əlaqədardır. Sefotaksimin metabolizmi nəticəsində orqanizmdə qeyri-spesifik esterazalardan fəal məhsul olan – diasetilsefotaksim əmələ gəlir. Bu bakterial effektin müddətini əhəmiyyətli dərəcədə uzadır, dərmanın antibakterial fəallığını artırır.
In vitro sefotaksim həm qrammüsbət, həm də qrammənfi mikroorqanizmlərin əksəriyyətinə təsir göstərir və β-laktamazaya qarşı yüksək səviyyəli rezistentlik nümayiş etdirir. Bu antibiotiklər qrammənfi mikroorqanizmlər, xüsusən enterobakteriyalar tərəfindən ayrılan β-laktamazaların güclü ingibitoru sayılır. In vitro sefotaksimə qarşı həssas olan qrammənfi bakteriyalar arasında enterobakteriyalar ailəsindən olan çoxsaylı ştammlar Citrobacter spp, Enterobacter spp, Escherichia coli, Klebsiella spp.-lərin çoxlu ştammları, Proteus spp, Providencia spp., Salmoenlla spp., Serratia spp., həmçinin Shigella spp, Haemophilus influenzae, Neisseria gonorrhoeae qrammüsbət və qrammənfi ştammları, həmçinin ona qarşı həssas olan N. meningiditis vardır.
Pseudomonas növlü bəzi ştammlar, həmçinin in vitro sefotaksimə qarşı həssaslıq nümayiş etdirirlər. Sefotaksim bir sıra qrammüsbət bakteriyalara qarşı in vitro fəaldır, ayrılıqda streptokokklar və stafilokokklara qarşı fəaldır. (amma metisillin rezistentli S. aureus sefotaksimə qarşı rezistentdir). Bəzi anaeroblar in vitro sefotaksimə qarşı həssasdır, baxmayaraq ki, B. fragilis və Clostridium spp.-nin müəyyən ştammları rezistentlik nümayiş etdirirlər.
Sefotaksim in vitro qrammənfi bakteriyalara qarşı, aminoqlikozid antibiotiklərlə qarşılıqlı fəaliyyətdə sinergizm nümayiş etdirirlər, ayrı-ayrılıqda Pseudomonas aeruginosa-ların müəyyən ştammlarına qarşı da bu hal baş verir. Könüllü sağlam adamlar üzərində aparılan tədqiqatlarda bir dəfəlik dozaları yeritdikdən sonra qanda maksimal toplanmaların orta həddinə 11.7 və 20.5 ml müvafiq olaraq 30 dəqiqədən sonra nail olunmuşdur. Antibiotikin yarımparçalanma dövrü təxminən 1 saata bərabərdir. Gündəlik hər 6 saatdan bir 1 q venadaxili infuziyalardan 14 gün sonra sefotaksimin toplanması qeydə alınmamışdır.
Sefotaksim plazmanın zülalları ilə 20-40 % əlaqələnir. O, sürətlə bədənin mayelərinə və toxumalarına, ayrı-ayrılıqda bronxlara, ağciyərlərə, prostata və vəzilərə nüfuz edir. O, həmçinin, döl-cift baryerini keçir və ana südünə nüfuz edir. Serebrospinal meningit zamanı yüksək dozalarla yeridilmiş dərman sürətlə serebrospinal mayeyə keçir.
Dərman qaraciyərdə 30-40% emal olunaraq, antibakterial fəal dioksetil sefotaksimə çevrilir ki, bunun da qanda toplanması maksimal olaraq daxil edildikdən 2-3 saat sonra baş verir. Bu birləşmənin müalicəvi birləşməsi qanda 6-8 saat ərzində qalır. Diasetilsefotaksimin qanda yarımparçalanma dövrü parçalanma məhsullarına nisbətən daha çoxdur, hansı ki, bu böyüklərdə 1.6 saat, uşaqlarda 2.1 saat, yenidoğulmuş uşaqlarda isə, 9.4 saat çəkir.
Sefotaksimin daxil edilmiş dozasının təxminən 60%-i sidiklə dəyişilməz halda 24 saat ərzində xaric olur, 20%-ə qədəri qeyri-fəal metabolitlər və diasetilsefotaksim şəklində, yerdə qalan 20%-i isə öd vasitəsilə məhv edilir.

 

İstifadəsinə göstərişlər:
• Aşağı tənəffüs yollarının Streptococcus pneumoniae, Esceherichia coli, Klebsiella spp., Haemophilus influenzae, Proteus mirabilis, Serratia marcescens və Erterobacter spp. bakteriyaları ilə törədilmiş infeksiyalar, həmçinin pnevmoniyalar.
• Sidikqovucu yolların Citrobacter spp, Enterobacter spp, Escherichia coli, Klebsiella spp., Proteus mirabilis, Proteus vulgaris, Margonella morganii, Providencia rettgeri və Serratia marcescens bakteriyaları ilə törədilmiş infeksiyalar, Ağırlaşmamış süzənək, o cümlədən, pensillinaza ifraz edən Neisseria gonorrhoea ştammları vasitəsilə yaranan süzənək.
• Escherichia coli, Peptostreptococcus spp. və Peptococcus spp., eləcə də Bacteroides spp.-lərin bəzi növləri - B. fragilis və Clostridium spp. tərəfindən törədilən kiçik çanaq infeksiyaları;
• Escherichia coli, Klebsiella spp., Serratia marcescens ştammları ilə törədilən sepsis və bakteremiya;
• Dəri və yumşaq toxumaların Escherichia coli, Enterobacter spp., Klebsiella spp., Proteus mirabilis, Margonella morganii, Providencia rettgeri, Pseudomonas spp., Serratia marcescens, Bacteroides spp. anaerob kokkları - Peptostreptoccocus spp və Peptococcus spp və s. ilə yaranan infeksiyalar;
• Qarın boşluğunun peritonitlər daxil olmaqla Esceherichia coli, Klebsiella spp., Bacteroides spp. və Peptostreptococcus spp. və Peptococcus spp. tərəfindən törədilən infeksiyaları;
• Haemophilus influenzae, Proteus mirabilis, Streptococcus spp. tərəfindən yaranmış sümük və oynaq infeksiyaları;
• Mərkəzi sinir sisteminin serebrospinal meningit də daxil olmaqla Neisseria meningitidis, Haemophilus influenzae, Streptococcus pneumoniae, Klebsiella pneumoniae və Escherichia coli ilə törənən infeksiyaları;
• Cərrahi infeksiyaların profilaktikası.

 

Əks göstərişlər: Sefalosporinlərə qarşı yüksək həssaslıq.

 

Ehtiyat tədbirləri:
1. Əvvəllər allergik reaksiyaları, xüsusən dərmana qarşı allergiyası olan xəstələrə sefotaksimi təyin edərkən ehtiyatlı olmaq lazımdır. Kəskin allergik reaksiyalar üzə çıxan hallarda dərmanın qəbulunu gecikmədən dayandırmaq və allergiyaya qarşı müvafiq müalicə təyin etmək lazımdır.
2. Sefotaksimi həm də aşağıda göstərilən hallarda ehtiyatla təyin etməli:
- penisillinə qarşı yüksək dərəcədə diaqnostik həssaslıq və çarpaz reaksiya inkişafı ehtimalı olanda,
- mədə-bağırsaq traktı xəstəlikləri, xüsusən kolit zamanı.
3. Yaşlı və böyrək çatışmazlığı olan xəstələrə doza klirens-kreatindən asılı olaraq təyin edilir. (bax: Posologiya və onun tətbiqi)
4. Baxmayaraq ki, sefotaksim böyrək fəaliyyətinə nadir hallarda təsir edir, antibiotikin çox yüksək dozasını qəbul edən xəstələrdə böyrək fəaliyyətinin monitorinqini keçirmək tövsiyə olunur.
5. Qranulositopeniyanın yaranması mümkünlüyü ilə əlaqədar (az hallarda – qranulotsitozun) uzun müddət qəbulu zamanı (sefotaksim antibiotiki 10 gündən çox qəbul edən) xəstələrdə qanın morfoanalizini (təhlili) aparmaq lazımdır.
6. Eyni vaxtda güclü sidikqovucu vasitələr və ya aminoqlikozid antibiotikləri alan xəstələrə sefotaksim təyin edərkən ehtiyatlı olmaq gərəkdir.
7. İki aydan az yaşı olan xəstələrə dərmanı yalnız venadaxili istifadə etmək lazımdır.
8. Sefotaksimin məhlulunu aminoqlikozid məhlulları ilə (məs. bir şprisdə) qarışdırmaq olmaz, eyni vaxtda istifadə hallarında bu inyeksiyaları bədənin müxtəlif yerlərində həyata keçirmək lazımdır. (bax: qarşılıqlı təsir)
9. pH-5-7 turşu – qələvi balansı zamanı sefotaksim məhlulları maksimal dərəcədə sabitdir, buna görə də bu antibiotikin məhlullarını pH-7,5 dən çox olan başqa məhlullara (məsələn: inyeksiya üçün natrium-bikarbonat) qatmaq olmaz.
10. Sefotaksimlə müalicə zamanı psevdomembranoz kolit inkişaf edə bilər ki, bu da Clostridium difficile ştammları ilə ayrılan toksinlərlə əlaqəlidir. Yüngül əlamətlər adətən, antibiotikin istifadəsi dayandırıldıqdan sonra keçir. Orta ağır və ağır hallarda orqanizmin hidratasiyasını və klinik vəziyyətdən asılı olaraq zülal və elektrolit çatışmazlığını bərpa etmək lazımdır. Həmçinin C. difficile -yə qarşı (ilk növbədə metronidazol və ya xəstənin vəziyyəti ciddi olduqda vankomisin peroral olaraq) uyğun gələn antibiotik təyin etmək lazımdır.
11. Antibakterial fəallığı geniş spektrli olan digər antibiotiklərdə olduğu kimi, sefotaksimin uzun müddət qəbulu bu antibiotikə qarşı rezistent olan ştammların və göbələklərin yaranmasına səbəb ola bilər. Belə halda müvafiq müalicə təyin etmək lazımdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Sefotaksim özünü (eyni vaxtda) aminoqlikozid antibiotiklərlə (vankomisin, antikoaqulyantlarla) sinergik aparır, Probenesid, azlotsellin və mezlatsellin əhəmiyyətli sürətdə sefotaksimin təsirini uzadır. Sefotaksimlə aminoqlikozidlərin məhlullarını bir şprisdə və ya infuziya qabında qatışdırmaq olmaz, çünki bu halda qarşılıqlı dezaktivasiya, yəni effektin zəifləməsi baş verə bilər.
Zəruri hallarda onların eyni vaxtda tətbiqi lazım gələrsə, onlar bədənin müxtəlif nahiyələrinə yeridilməlidir. Sefotaksimi natrium-bikarbonatla qarışdırmaq olmaz.
Sefotaksim tətbiq edən zaman analizdə sidiklə qlükozanın azalmasını göstərən yanlış müsbət nəticə alına bilər. Seroloji testlərdə Kumbsun yanlış müsbət reaksiyası alına bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Təhlükəsizliklə əlaqədar olaraq hamiləlik vaxtında sefotaksimin qəbulu B kateqoriyasına aiddir. Onun təhlükəsizliyi haqqında məlumat qəti olaraq heyvanlar üzərində aparılmış təcrübələrə əsaslanır. Hamilələrdə və laktasiya dövründə dərmandan yalnız dəqiq öyrənilmiş zəruri hallarda və ehtiyatla istifadə etmək lazımdır. Xüsusən hamiləliyin ilk aylarında sefolasporinlər az miqdarda ana südünə nüfuz edir və buna görə də dərmanı laktasiya zamanı təyin edərkən ehtiyatlı olmaq lazımdır.

 

İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaşlı uşaqlar: adətən hər 12 saatdan bir 1q venadaxili və ya əzələdaxili.
Orta ağır və daha ağır yoluxmalar zamanı – hər 8 saatdan bir 1-2 q əzələdaxili və ya venadaxili, yüksək doza tələb edən ağır yoluxmalarda, məsələn, sepsis zamanı – hər 6 saatdan bir venadaxili 2 q. Həyati təhlükəli yoluxma hallarında hər 4 saatdan bir venadaxili 2q.
Süzənək zamanı 1 dəfə 1 q əzələdaxili.
Gündəlik maksimal doza 12 q-ı keçməməlidir.
Uşaqlar: vaxtından əvvəl doğulmuş və 7 gün həddində olan yenidoğulmuşlara - hər gün 50-100 mq/kq 3 bərabər bölünmüş dozalarla venadaxili.
7 gündən 1 aya qədər olan yeni doğulmuş körpələrə - gündə 75-150 mq/kq venadaxili 3 bərabər bölünmüş dozalarla.
Südəmər körpələrə (1 aydan çox) və 12 yaşa qədər uşaqlara – kütləsi 50 kq-dan az olan uşaqlara 50-180 mq/kq, venadaxili 4-6 bərabər bölünmüş dozalarla. Xatırladılan dozalardan maksimal olanları ağır xəstəlik hallarında və serebrospinal meningitdə istifadə edilir, 50 kq-dan çox kütləsi olan uşaqlara adətən böyüklərdə olduğu kimi elə dozalar verilir ki, maksimal gündəlik doza 12 q-ı keçməsin.
Südəmər körpələrə və 2-5 yaşlı uşaqlara məhlulu lidokainlə qarışdırıb vurmaq olmaz!
Profilaktik olaraq - əməliyyatdan 30-90 dəqiqə əvvəl 1 q. Göstərişlərdən asılı olaraq dozanı 6 və ya 12 saatdan sonra təkrar etmək olar.
Böyrək çatışmazlığı hallarında dozanı kreatinin klirensinə müvafiq olaraq təyin etmək lazımdır, 20 ml/dəq 1,73 m2 klirens zamanı dozanı iki dəfə azaltmaq lazımdır.

 

Məhlulun hazırlanması:
Əzələdaxili inyeksiya: ə/d inyeksiya məhlulu hazırlamaq üçün şüşə flakonun möhtəviyyatını - 250 mq və ya 500 mq preparatı 2 ml, 1 q preparatı isə 4 ml həlledicidə həll etmək və sağrı əzələsinə dərin yeritmək lazımdır. Həlledici kimi 1%-li lidokainin məhlulundan istifadə etmək olar.
Preparatın lidokainlə məhlulunu venadaxilinə yeritmək olmaz.
Venadaxili inyeksiya: v/d inyeksiya məhlulu hazırlamaq üçün şüşə flakonun möhtəviyyatını - 250 mq, 500 mq və ya 1q preparatı inyeksiya üçün suda həll etmək (10 ml-dən az olmamaqla) və 3-5 dəqiqə ərzində yeritmək lazımdır.
Venadaxilinə damcı ilə yeritmə: venadaxili yeritmədə olduğu kimi, təzəcə hazırlanmış məhlul əlavə olaraq aşağıdakı məhlullarla qatışdırılır. 50-100: ml 0.9 %-li natrium-xlorid məhlulu, 5 % ya 10 %- li qlükoza məhlulu, ringer-laktat və natrium-laktat məhlulları. Yeridilmə müddəti 20-60 dəq. Yuxarıda göstərilən bütün məhlullar otaq temperaturu şəraitində 24 saat, 2-8ºC-də 5 gün sabit qalır, lakin məhlulun bilavasitə inyeksiyadan bir az öncə hazırlanması məqbul sayılır. Antibiotik məhlulunun rənginin, çalarının hər hansı bir intensivliyinin dəyişməsi, saxlanma zamanı onun terapevtik (müalicəvi) əhəmiyyətinə təsir göstərmir. Göstərilən vaxt ərzində istifadə olunmamış və ya lazımi qaydalarda qorunub saxlanmayan məhlulları atmaq lazımdır.

 

Əlavə təsirləri:
Sefotaksim orqanizm tərəfindən yaxşı mənimsənilir. Əlavə təsirləri nadir hallarda olur və keçici xarakter daşıyır. Sefotaksimlə müalicə zamanı aşağıdakı hallar baş verə bilər:
• Venadaxili inyeksiyalardan sonra lokal reaksiyalar, flebit; əzələdaxili inyeksiyalardan sonra inyeksiya yerində ağrı, əllə hiss edilən bərklik.
• Hiperhəssaslıq, dəri səpməsi, gicişmə, bronxların spazmı, hərarətin yüksəlməsi.
• Mədə-bağırsaq pozulması, ishal, bəzən öyümə və ürəkbulanma, çox nadir hallarda – psevdomembranoz kolit.
• Qaraciyər enzimlərinin fəallığının artması
• Kreatinin qanda səviyyəsinin artması
• Qanın tərkibində dəyişmələr, qranulositopeniya və trombositopeniya
• Baş ağrısı
• Vaginal kandidoz

 

Doza həddinin aşılması:
Doza həddinin aşıldığı hallarda, xüsusən böyrək çatışmazlığı olan xəstələrdə keçici ensefalopatiya riski mövcuddur.
Müalicəsi simptomatikdir. Bu zaman hemodializ və ya peritoneal dializ tətbiq edilə bilər.

 

Buraxılış forması: 250 mq, 500 mq və ya 1 q sefotaksimə ekvivalent miqdarda sefotaksim natrium tozu şüşə flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə müvafiq etiketlə təchiz edilmiş, rezin tıxacla bağlanmış, alüminium qapaqla müdafiə olunmuş, müvafiq üst yazıları olan karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25ºC-dən aşağı temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.

 

İstehsalçı: BİOTON S.A POLŞA Starostinska küçəsi 5, 02-516, Varşava.