SİNUPRET (daxilə qəbul üçün damcı – draje)
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

 

Damcı:

Tərkıbi: 100 q damcının tərkibində aşağıdakı növ bitki dərman xammallarının 29 q ekstraktı vardır:

  • Gentiane radix - 0.2 q
  • Primulae flos - 0.6 q
  • Rumicis herba - 0.6 q
  • Sambuci flos - 0.6 q
  • Verbenae herba - 0.6 q
  • Tərkibində 19 həcm%-i etanol vardır.

Köməkçi maddələr: distillə olunmuş su.

 

Draje:
1 drajenin tərkibinə daxildir:

  • Gentiane radix – 6 q
  • Primulae flos – 18 mq
  • Rumicis herba – 18 mq
  • Sambuci flos – 18 mq
  • Verbenae herba – 18 mq

Köməkçi maddələr: kalsiumkarbonat, jelatin, mayeləşdirilimiş qlükoza, kartof unu, laktoza monohidrat, qarğıdalı nişastası, adi nişasta, maqnezium-oksid, motan glikol, natrium-karbonat, povidon K25, gənəgərçək yağı, saxaroza, şellak, koloidal susuz silisium 4-oksid, eudrahit E12.5, alüminium duzu, indiqo, alüminium-oksid, titan 4-oksid, saf su.

 

Təsviri:
Daxilə qəbul üçün damcı: təmiz sarımtıl-qəhvəyi acı dadlı, aromat iyli, saxlama zamanı bir az çöküntü yarada bilən mayedir.
Draje: yaşıl, dairəvi, iki tərəfi qabarıq, hamar səthli tabletlər.

 

Farmakoterapevtik qrupu: Homeopatik tibbi preparat.
ATC kodu: R05X.

 

Farmakoloji xüsusiyyətləri:
Bitki mənşəli kombinəedilmiş preparat.
Farmakoloji xassələri preparatın tərkibinə daxil olan bioloji aktiv maddələrin xassələrinə əsasən təyin edilir. Sinupret sekretolitik, sekretomotor və iltihab əleyhinə təsir göstərir. Burun boşluğundan və yuxarı tənəffüs yollarından ekssudatın xaric olunmasına təsir göstərir.

 

İstifadəsinə göstərişlər:
Tənəffüs yollarından özlü seliyin axması ilə müşayiət olunan kəskin və xroniki sinusitlər.

 

Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Antibakterial dərman vasitələri ilə kombinə edilməsi mümkündür və məqsədə uyğundur. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri bu vaxta qədər məlum deyildir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə Sinupret yalnız həkim təyinatına əsaslanıb istifadə oluna bilər. Sinupret drajesini qəbul etmək mümkün olmadığı halda tərkibində alkoqol olan Sinupret damcısı istifadə oluna bilər. Laktasiya dövründə preparatın istifadəsinə dair kifayət qədər təcrübə olmadığından bu dövrdə istifadə olunması tövsiyə olunmur.

 

Ehtiyat tədbirləri:
Sinupret preparatının drajelərini 6 yaşdan aşağı, damcısını isə 2 yaşdan aşağı uşaqlara təyin etmək məsləhət görülmür.

 

Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini aşağı salmır.

Daxilə qəbul üçün damcının tərkibində alkoqol olduğu üçün alkoqolizmdən əziyyət çəkən xəstələr tərəfindən, həmçinin müvəffəqiyyətli alkoqol müalicəsindən sonra belə istifadə olunmamalıdır;
Alkoqolizmdən əziyyət çəkən və ya qaraciyər xəstəliyi olan pasiyentlər nəzərə almalıdır ki, Sinupret damcısının tərkibində 19 həcm%-İ etil spirti vardır və preparatı yalnız həkimlə məsləhət aldıqdan sonra istifadə etmək olar.
Preparatın böyüklər üçün 1 dozasında 0,45q spirt vardır ki ,bu da təqribən 1 qaşıq şəraba bərabərdir. Sinupret preparatının tərkibində laktoza, saxaroza, qlükoza və sorbitol vardır. Əgər sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük varsa, o zaman preparatın qəbulundan əvvəl həkiminizlə məsləhətləşin.
Flakonu istifadə edərkən şaquli vəziyyətdə tutun. Sinupret damcısının saxlanma prosesində yüngül bulanması və əhəmiyyətsiz dərəcədə çöküntü verməsi preparatın effektivliyinə təsir göstərmir. İstifadə etməzdən əvvəl Sinupret damcısını çalxalamaq lazımdır.

 

Əlavə təsirləri:

  • Çox nadir hallarda qarın nahiyəsinin yuxarı hissəsində ağrı,
  • Dəri səpgiləri kimi allergik reaksiyalar,
  • Təngnəfəslik baş verə bilər.

Əlavə təsirlər meydana çıxdığı halda preparatın qəbulunu dayandırıb həkimə müraciət etmək lazımdır.

 

İstifadə qaydası və dozası:

  • 12 yaşlı yeniyetmələrə və böyüklərə: gündə 3 dəfə 50 damcı və ya 2 draje daxilə qəbul edilir.
  • 6-11 yaşlı uşaqlara: gündə 3 dəfə 25 damcı və ya draje.
  • 2-5 yaşlı uşaqlara: gündə 3 dəfə 15 damcı.

Sinupret drajelərini bol su ilə çeynəmədən qəbul etmək lazımdır.

Əgər müalicə kursu müddətində (7-14 gün) simptomlar dəyişməzsə və ya  kəskinləşərsə onda öz həkiminizlə məsləhətləşin.

 

Buraxılış forması: Daxilə qəbul üçün 100 ml damcı, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Blisterdə 25 draje. 2 və ya 4 blister (50 və ya 100 draje) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C -dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 3 il. Flakon açıldıqdan sonra 6 ay müddətində istifadə edib bilər. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.

 

İstehsalçı: BİONORİCA SE, Almaniya.