TEARS NATURALE II - TƏBİİ GÖZYAŞI  (damcılar)

 

TEARS NATURALE II - lubrikant göz damcılarından istifadə etdikdə quru göz simptomlarının təbii yolla aradan qaldırılması.

 

Gözyaşı orqanizmdə əmələ gələn çox vacib mayedir və onun çox mühüm vəzifələri vardır. Gözyaşının tərkibində olan lazımi miqdarda təbii komponentlər birləşdikdə gözün səthində gözyaşı pərdəsi adlanan qoruyucu təbəqə əmələ gətirirlər. Gözyaşı pərdəsi hər gün gözləri qorumaqla və nəmləndirməklə onların sağlam qalmasına yardım edir.
Lakin bəzi insanlarda təbii gözyaşı xeyli az miqdarda olur və ya onların gözyaşının tərkibində vacib komponentlər olmur. Gözyaşı mayesinin və ya onların komponentlərinin çatışmazlığı gözyaşı pərdəsinin cırılmasına və buynuz qişada quru sahələrin mələ gəlməsinə səbəb ola bilər. Bu isə quru, həssas göz simptomları - qıcıqlanma, yanma, yad cisim hissiyyatı və ümumi diskomfort əmələ gətirir. Bəzən gözün quruması gözün səthini nəmləndirmək məqsədilə gözyaşı ifrazının sürətlənməsinə səbəb olur. Lakin gözyaşı mayesində hər halda vacib komponentlər olmur və problem aradan qalxmır.
"Quru göz" sindromu əsasən yaşlı insanlarda, xüsusilə də qadınlarda müşahidə edilir. İnsan nə qədər yaşlaşarsa, orqanizm də bir o qədər az miqdarda maye, o cümlədən gözyaşı əmələ gətirər. Bəzən quru hava, tüstü və külək kimi əlverişsiz xarici amillər vəziyyəti pisləşdirə bilər. Gözyaşı pərdəsi ilə əlaqədar olan problemlərin ən çox rast gəlinən səbəbləri allergiya, vitamin çatışmazlığı və artritdir.

 

TEARS NATURALE II - lubrikant göz damcıları:
Quru və qıcıqlanan göz üçün daha təbii yardım vasitəsidir.
Quru göz simptomlarını TEARS NATURALE® II - lubrikant göz damcıları vasitəsilə uğurla aradan qaldırmaq mümkündür. TEARS NATURALE II - qıcıqlanan gözü sakitləşdirmək üçün lazım olan gözyaşı komponentlərinə malikdir.

Bu formul daha təbii işləyir.

TEARS NATURALE II - lazımi miqdarda nəmləndirici maddələrdən və digər açar elementlərdən ibarətdir və xəstənin təbii gözyaşı mayesi ilə birlikdə simptomların daha asan və tamamilə yüngülləşməsinə səbəb olur.

 

TEARS NATURALE® II tərkibinə konservant kimi əlavə edilmiş təhlükəsiz və sensibilizasiya əmələ gətirməyən 0,0011 %-li POLİKVAD olan yeganə nəmləndirici göz damcılarıdır. In vitro aparılan tədqiqatlar göstərmişdir ki, POLİKVAD mahiyyətcə, digər konservantlardan istifadə edərkən epitel hüceyrələrə mümkün ola bilən zərərli təsir göstərmir və epitel hüceyrələrin böyüməsinə mane olmur. POLİKVAD adi xəstələrdə 99% hallarda, konservantlara qarşı hiperhəssaslığı olan xəstələrdə isə 97% hallarda reaksiyaların meydana çıxmadığını göstərmişdir.
TEARS NATURALE II nadir formul, neytral pH, aşağı özlülük və izotonikliyə malik olmaqla rahatlığı, quru göz simptomlarının tez bir zamanda və davamlı şəkildə aradan götürülməsini təmin edir.
Sterildir. Yalnız xaricə istifadə olunur.


Tərkibi:
Aktiv maddələr: DUASORB - tərkibində 70 0,1 %-li- Dekstran və 0,3%-li Hidroksipropil Metilsellüloza 2910 olan, suda həll olan polimer sistem.
Konservantlar: 0,0011 %-li POLİKVAD (poliauaternium).
Köməkçi maddələr: Natrium borat, kalium xlorid, təmizlənmiş su. Preparatın tərkibində pH-ın səviyyəsini tənzim etmək üçün xlorid turşusu və/və ya natrium hidroksid də ola bilər.

 

İstifadəsinə göstərişlər:
Gözdə quruluq ilə əlaqədar olaraq əmələ gələn yanma və qıcıqlanmanın müvəqqəti olaraq yüngülləşdirilməsi, həmçinin qıcıqlanmanın əmələ gəlməsinin qarşısının alınması. Gözün yüngül dərəcədə qıcıqlanması ilə bağlı olan diskomfort hissinin müvəqqəti olaraq aradan qaldırılması.

 

İstifadə qaydası: Zədələnmiş gözə 1-2 damcı tökülməlidir.

 

Xəbərdarlıq:
Məhluldan istifadə etdikdən sonra gözdə ağrı, görmənin dəyişilməsi, gözün davamedici qızarması və qıcıqlanması hiss olunduqda və bu hislər gücləndikdə və ya 72 saat ərzində aradan qalxmadıqda preparatdan istifadəni dayandırın və həkimə müraciət edin. Məhlulun rəngi dəyişildikdə və ya bulandıqda istifadə etmək olmaz.
Çirklənməyə yol verməmək üçün konteynerin ucunu heç yerə toxundurmayın. İstifadə etdikdən sonra qapağı bağlayın. Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Təsadüfən məhlul udularsa, dərhal peşəkar yardım üçün müraciət edin və ya toksikoloji mərkəzlə əlaqə saxlayın. Flakon açıldıqdan sonra bir ay ərzində istifadə edilməlidir.

 

Buraxılış forması: "DROPTAINER" flakon-damcı tökəndə 15 ml.
Saxlama şəraiti: Otaq temperaturunda saxlanmalıdır. +30°C temperatura qədər.

 

Istifadə zamanı üç asan addım: TEARS NATURALE II lubrikant göz damcıları

  • Başınızı arxaya əyin.
  • Barmağı gözün altına qoyun və dərini gözlə aşağı göz qapağı arasında "V" şəkilli cib əmələ gələnədək yüngülcə dartın.
  • "V" şəkilli cibə 1 və ya 2 damcı məhlul tökün. Konteynerin ucunun gözə toxunmamasına çalışın.
  •