VITRAN E (kapsullar – antioksidant)

 

Tərkibi:
Hər kapsulda 400 mq alfa-tokoferol asetat vardır.

 

“Vitran E” -ni qəbul etməmişdən əvvəl nəyi bilmək lazımdır:
Tokoferol bir çox məhsullarda mövcuddur, xüsusən də bitki mənşəli yağlar daha zəngin mənbə hesab olunur. Orqanizmin tokoferola olan tələbatı onun sorulması pozulanda, qara ciyər, mədəaltı vəzi, bağırsaq xəstəliklərində artır. Tokoferol hüceyrə membranmı sərbəst radikallardan qoruyan ən aktiv antiokaidantdır, hüceyrənin qocalma prosesini ləngidir. İmmun sistemi möhkəmləndirir. Bundan başqa tokoferol eritrositlərin qişasını qoruyaraq bütün bədən hüceyrələrinin tənəffüsünü təmin edir. Qanı oksigenlə zəngiləşdirir, ürək əzələsini möhkəmləndirir. VİTRAN E qan damarlarını genəldir və onların divarmı möhkəmləndirir, kapillyarların keçiriciliyinin, və kövrəkliyinin qarşısını alır, qanın laxtalanmasını azaldır, tromb əmələgəlmənin və aterosklerozun inkişafının qarşısını alaraq qan dövranını yaxşılaşdırır.

VİTRAN E vitamin E hipovitaminozunun profilaktikasında, onkoloji xəstəliklərdə, idman tacrübəsində (əzələ kütləsini artırmaq üçün), əzələ distrofıyalarında, prostat, qaraciyər xəstəlik]ərində istifadə olunur və orqanizmdə iltihabı proseslərin qarşısını alır.

VİTRAN E dəriyə də müsbət təsir göstərir - kosmetologiyada dərinin cavan qalması üçün istifadə olunur, dərinin sağalmasını təmin edir və çapıq toxumasının əmələ gəlmə riskini azaldır. Bundan başqa tokoferol yanıqların, ekzema, psoriaz, dəri xorası, herpes və dəmrovun müalicəsinə müsbət təsir göstərir. Billurun bulanıqlaşmasının qarşısını alır.

Tokoferol reproduktiv funksiyanı və seksual potensiyanı tənzimləyir, menstrual önü və klimaks zamanı rast gəlinən əlamətlərin ağırlığını azaldır.

VİTRAN E hamiləliyin və dölün inkişafının normal keçməsini təmin edir, hamiləliyin pozulma təhlükəsinin, toksikozların inkişafının, cinsiyyət vəzilərinin funksiyalarının pozğunluğunun qarşısını alır. Kişilərdə isə o, spermatozoidlərin normal inkişafı üçün çox vacibdir.

 

Hamiləlik və laktasiya zamanı: Preparatı gündə 800-1000 mq-dan artıq dozada qəbul etmək olmaz.

Əks göstəriş: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, qanaxmaya meyllik.

İstifadəsi: gündə 1 kapsul yemək vaxtı və ya yeməkdən sonra qəbul olunur.
Tibbi təyinatı: qida məhsuludur (food supplement), qida əvəzedicisi deyil. Tövsiyya olunan dozanı aşmaq məsləhət deyil.

 

Saxlanılması: 25°C-ya qədər temperaturda qum və sərin, uşaqlardan uzaq yerdə saxlamalı.
Apteklərdən buraxılma şərti: reseptsiz satılır.
Buraxılış forması: 24 ədəd yumşaq jelatin kapsul.

 

İstehsalçı: PHARCO Pharmaceuticals, Alexandria, Egypt.