MENTOFLAT (kapsullar - spazmolitik qazqovucu)

 

Tərkibi:
Hər kapsul ibarətdir: nanə yağı-80 mq, simetikon-100 mq.

 

MENTOFLAT-ı istifadə etməmişdən qabaq nəyi bilmək lazımdır:
Praktik olaraq mədə bağırsaq traktının istənilən patologıyası bağırsaqlarda qazların əmələ gəlməsinin yarmasına gətirib çıxarır:
- Həzm prosesində çoxlu miqdarda qazların əmələ gəlməsinə gətirib çıxaran qida məhsullarından istifadə etdikdə; fermentativ çatışmazlıq və sorulma pozğunluqları zamanı həzm proseslərinin pozulması nəticəsində; bağırsaq mikroflorasının tərkibinin pozulması nəticəsində - bu zaman bağırsaqda çürümə və qıcqırma prosesləri nəzərə çarpacaq dərəcədə aktivləşir; bağırsağın hərəki funksiyasının pozğunluğu nəticəsində; bağırsağın iltihabı xəstəliklərində.
MENTOFLAT-ın tərkibinə daxil olan nanə yağı bağırsaq spazmını götürür və ağrını aradan qaldırır, mədə-bağırsaq traktının funksiyasına müsbət təsir göstərir. Nanə yağı həm də antiseptik VƏ dezinfeksiya edici təsir göstərir, bağırsaq mənfəzində qıcqırmanın həddən artıq olmasının qarşısını alır, normal mikrofloranın inkişafını təmin edir, sakitləşdirici təsir göstərir.
Simetikon bağırsaqlarda qazların əmələ gəlməsini azaldır - qaz qovucu, köpsöndürücü preparatdır. Bağırsaqdakı qaz qabarcıqlarının səthi gərilməsini azaldaraq onları parçalayır. Ayrılan qazların bir hissəsi bağırsaq divarı tərəfindən sorulur, qalan hissəsi isə bağırsağın peristaltikası hesabına orqanizmdən xaric olunur. Nəticədə bağırsaqda qazın ümumi miqdarı azalır.

 

MENTOFLAT-ın qəbulu hansı hallarda tövsiyə olunur: Bağırsaq spazmalarında və qaz əmələgəlmənin artmasında.

Hamiləlik və laktasiya zamanı: Hamiləlik və laktasiya zamanı istifadə etmək olar.

 

Istifadəsi:
Böyüklərə və 8 yaşdan yuxarı uşaqlara 1 həbdən gündə 2-3 dəfə tövsiyyə olunur.
Tibbi təyinatlı qida məhsuludur (food supplement). Tövsiyyə olunan dozanı aşmaq məsləhət deyil.


Saxlanılması: 25°C qədər temperaturda - quru və sərin, uşaqlardan uzaq yerdə saxlamalı.
Apteklərdən buraxılma şərti: reseptsiz satılır.
Buraxılış forması: 12 və ya 24 ədəd yumşaq jelatin kapsul.

 

İstehsalçı: PHARCO Pharmaceuticals, Alexandria, Egypt.