SENSEVIT BEYBI (uşaqlar üçün multivitamin – damcı)

 

Tərkibi:
1 ml ibarətdir:

  • Vitamin A - 5000BV
  • Vitamin D - 300 BV
  • Vitamin E - 2,5 mq
  • Vitamin C - 60 mq
  • Vitamin B1 - 1,5 mq
  • Vitamin B2 — 1,7 mq
  • Vitamin B6 - 2,2 mq
  • Nikotinamid — 19 mq

 

Xarakteristikası və effektləri:

SENSEVİT BEYBİ - balanslaşdırılmış multivitamin formulasıdır. Uşaqlar üçün təyin olunub, ancaq, böyüklər də qəbul edə bilərlər. İnsan orqanizmində biokimyəvi proseslərin getməsi üçün lazım olan bütün vitaminlərdən ibarətdir. Orqanizmin böyümə, fiziki və əqli inkişaf dövründə vitaminlərə olan tələbatı daha da artır.
SENSEVİT BEYBİ qeyri-adekvat qidalanma ilə əlaqədar olan vitamin çatışmazlığını və ona olan artmış tələbatı aradan qaldırır. Uşağın düzgün və harmonik inkişafmı təmin edir, sümük-əzələ aparatını formalaşdırır, sinir sisteminin inkişafına müsbət təsir göstərir, immuniteti möhkəmləndirir, iştahanı artırır.
SENSEVİT BEYBİ-nin tövsiyə olunan dozasındakı vitaminlərin miqdarı, orqanizmin vitaminlərə olan gündəlik tələbatım tam ödəməyə kifayət edir. Uşaqların zövqünə görə hazırlanmış xoş meyvə dadma malikdir.

 

Göstəriş:
Iştahanın olmaması: böyümə və inkişafdan geri qalma; qış və yaz vaxtı profilaktik olaraq vitamin qəbulu, antibiotiklərlə müalicə zamanı profilaktik məqsədlə vitamin qəbulu.

 

Dozalanma:
Uşaqlar: 3 yaşa qədər - gündə 0,4 ml; 3-10 yaş - gündə 0,8 ml.
Böyüklərə: 1 ml gündə 1 dəfə.

Bioloji aktiv dietik əlavədir (food supplement), qida əvəzedicisi deyil. Tövsiyə olunan dozanı aşmaq məsləhət deyil.

 

Xəbərdarlıq: B2 vitamini sidiyin rəngini narıncı rəngə boyaya bilər.

Əlavə təsirləri: Tövsiyə olunan dozada rast gəlinməyib.

 

Saxlanılması: 25°C-ya qədər temperaturda quru və sərin, uşaqlardan uzaq yerdə saxlamalı.
Apteklərdən buraxılma şərti: reseptsiz buraxılır.
Buraxılış forması: 20 ml-lik flakon.

 

Istehsalçı: European Egyptian Pharm Ind., Alexahdria, Egypt.