DUOPROST (kapsullar)

 

TƏRKİBİ:
Hər kapsulda: 160 mq Saw Palmettonun (cırtdan palma, So Palmetto) təbii maye ekstraktı və 160 mq Pumpkin seed oil (balqabaq toxumunun yağı) vardır.

 

DUOPROSTUN XÜSUSİYYƏTLƏRİ VƏ İSTİFADƏ SAHƏSİ:
Məhsul prostat vəzinin funksiyasını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. DUOPROST tərkibinə daxil olan komponentlər hesabına prostat vəzinin funksiyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu təsir preparatın tərkibinə daxil olan cırtdan palma meyvələrinin standartlaşdırılmış təbii maye ekstraktınım balqabaq toxumunun təbii yağı ilə kombinasiyasına əsaslanır. So Palmetto - cırtdan palma ABŞ-ın cənub hissəsində yetişir. Cırtdan palmanın yağda həll olan ekstraktı prostat vəzinin xoşxassəli hiperplaziyasının profilaktikasında və müalicəsində ən effektiv təbii məhsullardan biridir. Son on il ərzində aparılan çoxlu miqdarda tədqiqatlar göstərmişdir ki, cırtdan palmanın meyvələrinin yağda həll olan ekstraktı prostat vəzinin hiperplaziyasının ilkin mərhələsində və xroniki prostatit zamanı simptomatikanı azaldır və prostat vəzinin funksiyasını yaxşılaşdırır. Bundan başqa bu ekstrakt sidik-cinsiyyət yollarının xroniki infeksiyalarında simptomatikaya müsbət təsir göstərir, urodinamikanın yaxşılaşmasını təmin edir, sidik kisəsinin iltihabı, xroniki prostatit, uretritdə müşahidə olunan sidik ifrazı zamanı göynəmə kimi dizurik simptomları aradan qaldırır. Cırtdan palmanın meyvələrinin ekstraktı, həmçinin spermanın produksiyasının və kişilərdə seksual enerjinin artmasına səbəb olur. So Palmetto ekstraktına əlavə olunmuş balqabaq toxumunun yağı da prostat vəzinin funksiyasına müsbət təsir göstərir. Balqabaq toxumunun yağında vitamin E, A, sterol, skvalen, doymamış yağ turşuları, koenzim Q, mikroelementlər, o cümlədən selen vardır. Balqabaq toxumunun yağı urodinamikanın yaxşılaşmasını, dizurik simptomların aradan qaldırılmasını təmin edir, prostatit zamanı ağrı simptomunu azaldır, iltihab əleyhinə təsir göstərir kişilərdə cinsi aktivliyi artırır. Preparat orqanizmin immun sistemini aktivləşdirir.

 

İSTİFABƏ ZAMANI NƏZƏRƏ ALINMALIDIR:
Təyin olunan dozalarda istifadə olunduqda əlavə təsirlər və sağlamlıq üçün heç bir risk müşahidə olunmayıb. Çox nadir hallarda dozanı artırdıqda mədə-bağırsaq traktında diskomfort ola bilər.

 

İSTİFADƏ QAYDASI:
DUOPROST 1 kapsul sutkada 2 dəfə yeməkdən sonra qəbul olunur. Kapsulu çeynəmədən kifayət qədər maye ilə içməli. Mütləq nəzərə almmalıdır ki, DUOPROST-un müsbət effektinə yalnız 4-6 həftə ərzində müntəzəm və davamlı qəbul etdikdə nail olmaq olar.

 

Buraxılış forması: DUOPROST qutuda 60 bərk jelatin kapsul. Tibbi təyinatlı qida məhsuludur. Saxlanması: 25°C dən yüksək olmayan temperaturda, qaranlıq yerdə, uşaqlardan uzaq saxlanmalıdır.
İSTİFADƏ MÜDDƏTİ: Istehsal tarixindən sonra 2 ildir.
Reseptsiz buraxılır.

 

İSTEHSALÇI: «Adifarm» EAD, bulvar «Simeonov şosse» 130, Sofıya, Bolqarıstan.