Uşaq KRX (kəskin respirator xəstəlik) ilə xəstələndikdə nə etməli?


Uşaq KRX ilə xəstələndikdə ilk olaraq:

  • Otağı nəmləndirmək və havasını dəyişmək;
  • Çoxlu maye içirtmək;
  • Burnunu duzlu məhlulla yumaq lazımdır.


Uşaqların immuniteti yüksəldən heç bir dərmana ehtiyacları yoxdur. İmmunitet dərmanlarla deyil, həyat tərzinin korreksiyası ilə yüksəldilir. Həddən artıq isitməmək, gündəlik hərəki aktivliyi, yaxşı psixo-emosional vəziyyəti təmin etmək, düzgün qidalanmaya əməl etmək – bu şərtlər immunitetin yüksəldilməsi deməkdir.

Həkim-pediatr: Sevinc Məmmədzadə