#gününməsləhəti psixiatrdan


Panik həmlədən əziyyət çəkən pasiyentlərə ölüm və dəli olmaq qorxusu məxsusdur. Panik həmlələr əslində nə ölümə, nə də dəliliyə gətirib çıxarmır!!!

Panik həmlələrin əlamətləri:

  • Tezləşən ürək döyüntüləri;
    • Huşun itirilmə qorxusu;
    • Ölüm qorxusu; 
    • Hava çatışmazlığı əlamətləri; 
    • Boğulma və ya tənəffüs çətinliyi; 
    • Sinədə ağrılar; 
    • Bədəndə daxili titrəmə; 
    • Əllərdə və ayaqlarda iynə batma hissi; 
    • Üşütmə, soyuq tər; 
    • Ürək bulanma; 
    • Baş gicəllənmə, bayılmadan öncəki vəziyyət.

 Təcili tibbi yardıma, kardioloq, nevroloq, terapevt kimi mütəxəssislərə müraciət zamanı ciddi problem aşkarlanmadığı üçün bu, psixiatra müraciət olunur. Çox güman ki, sizdə təşviş pozuntularının (nevroz) bir növü var.

Əziz Mustafayev‎  - psixiatr