Ürək ritminin pozulması


Ürək ritminin pozulması adətən ürəyin zədələnməsi zamanı baş verir. Belə ki, aritmiyanın olması anadangəlmə ürək qüsuru, kardiomiopatiya, miokardit və ya xroniki işemik xəstəlikdən xəbər verir. Qeyd etmək lazımdır ki, çox zaman ürəyin sinus aritmiyası miokard infarktınının əmələ gəlməsinin yüksək təhlükəsinə işarə edir.


Ürək ritminin müəyyən olunan pozulmalarına əsasən mütəxəssilər tərəfindən bu patologiyanın bir neçə növü ayırd edilir:
- taxikardiya - normal ürək döyüntülərinin tezləşməsi
- bradikardiya - normal ürək döyüntülərinin azalması
- ekstrasistoliya - ürək əzələsinin növbədənkənar yığılması