Grupun İnkişafı


Əziz istifadəçilərimiz! Dostlar! Böyük sevinclə sizə bildirmək istəyirik ki, bir sutkalıq fasilədən sonra kütləvi şikayətlərin qurbanı olmuş #medprosvet qrupunuz yenidən həyata qayıdır.

Elə ilk dəqiqələrdən sizin suallarınızı alırıq. Bütün administrasiyaya minnətdarlığımı bildirmək istəyirəm, biz qrupun bərpası üçün bir komanda kimi mübarizə apardıq. Son zamanlar göstərdiyi xüsusi xidmət və qrupun bərpasındakı əvəzsiz zəhmətinə görə, qarşıdan gələn ad gününü nəzərə alaraq, SMM-moderatorumuzu admin elan edirik. Sizə Yuriy Çislovu təqdim edirəm.

Biz qrupun yaranma tarixindən əlavə olunmuş şəkil və videoların böyük miqdarını silmək məcburiyyətində qaldıq. Sizdən facebook-a qrupun açılmasının vacibliyi haqda yazmağı xahiş etdik və siz bizi yanıltmadınız. Yüzlərlə insan bizim müdafiəmizə qalxdı. Yüzlərlə insan, sadə izləyicilər, minnətdar pasiyentlər və kolleqalar öz dəstəklərini bildirir, yardım təklif edirdilər.

Köməyini ilk təklif edənlərdən biri də Orxan Abdullayev və OMK oldu. Təşəkkür edirik!

Biz qaydalarda dəyişiklik etmək məcburiyyətində qaldıq. Artıq şəkillərin şərhlərdə dərc olunması məsləhət yox, qaydadır. Özü də hər şəkil yox. Çılpaq bədən hissələri, qan, travmalar və başqa xoşagəlməz fotolar tamamilə qadağan edilir. Onları yalnız şəxsi yazışmada həkimə göndərə bilərsdiniz.

Düzəliş budur:

Xəstəliklə əlaqəli və ya istənilən xoşagəlməz fotoların paylaşılması qadağandır. Bütün fotoları həkimin şəxsi hesabına göndərin. Bu qayda qrupun təhlükəsizliyi ilə birbaşa əlaqədar olduğu üçün qaydanı pozanlar dərhal ban olunacaq.

Həmçinin, istəməsək də paylaşımlara moderator tərəfindən razılığın verilməsini tətbiq etməliyik. Belə ki, hər bir xoşagəlməz paylaşıma görə bütün qrup əziyyət çəkir. Komandamız 7/24 aktivdir, ona görə də bu, böyük problem olmayacq.

Uzağı, bir az gözləyərsiniz. Hər bir halda, təcili yardım üçün 103-ə zəng edə bilərsiniz. Burda isə yalnız maarifləndirmədir.

Bir daha çox sağ olun. Bu bir sutka göstərdi ki, biz çoxlarına lazımıq. Çoxları bizi axtarırdı və qayıdışımızdan 5 dəqiqə keçməmiş artıq qrup suallarla dolu idi. Sizin üçün biz heç vaxt təslim olmayacağıq! Bədxahlar sevinir, gülür, acı atmacalar atırdılar və öz zəhərlərində də boğuldular.

Dostlar! Biz sizinləyik! Sizin dəstəyinizlə hələ çox böyük işlər görəcəyik... Biz dincəlmirdik. İyun ayı üçün Dejurka artıq hazırdı və biz onu sabah yayımlayacağıq. Yəqin ki xatırlayırsınız – BU HƏLƏ BAŞLANĞICDIR!