Uşaqlarda böyümə ağrıları


Uşaqların ayaqlarında baş verən ağrıların ən çox rast gəlinən səbəbi – “böyümə ağrılarıdır”. Onlar, adətən, uşağın gecələr ağrıdan oyanması və ya yuxuya gedə bilməməsi ilə biruzə verir.
Bu ağrılar üçün nə xarakterikdir:

  • Hərarətin olmaması;
  • Yerli qızartı, şişkinlik, ödemin olmaması;
  • Ağrılar axşam vaxtı meydana gəlir və ya güclənir və gecələr pik nöqtəsinə çatır;
  • Gün ərzində uşaq özünü normal hiss edir, həmişə olduğu kimi qaçır, hoppanır;
  • Ağrıların lokalizasiyası tez-tez dəyişir: bu gün dizi ağrıyırsa, sabah topuğu, ayağın ön səthi üzrə və ya baldır, bir və ya iki ayaqda birdən ağrıyır;
  • Massaj ağrıları sakitləşdirir və ya aradan qaldırır.


Həkim-pediatr: Sevinc Məmmədzadə